Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

08-11-2018 / 10:26

Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.

Xeberler.az  məlumat verir ki, bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo bildirib:

"Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik. Biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq".

Qeyd edək ki, "petro"nun satışları fevral ayında başlayıb. Venesuelanın kriptovalyutasının qiyməti ölkədə hasil olunan neftin bir barrelinə bərabərləşdirilib və 60 dollara yaxın təşkil edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.