Previous Next
Bağla

Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

10-03-2020 19:23
Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlər müzakirə olunub

Xeberler.az bildirir ki, martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.

Dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığının yaranması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olmuşdur.

Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanmışdır. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcəkdir.

Qeyd edək ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir, iqtisadiyyatimiz inkişaf edir, ölkənin mailyyə imkanları genişlənir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Belə ki, yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artmışdır.

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.

Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəkdir.

Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcəkdir.

Vurğulanmalıdır ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.

Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaqdır.

Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”

12-09-2015

Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb

27-02-2026

Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər müzakirə edilib

18-01-2024

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Regionların inkişafına dair yeni proqram təsdiqləndi

30-01-2019

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015

Bəzi dövlət müəssisələri özəlləşdiriləcək

14-06-2024

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

10-04-2026

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

10-10-2017

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

27-01-2021

"Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 faizə çatdırılacaq"

28-12-2022

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015

Azərbaycan İnvestisiya Sammiti keçirilib

19-03-2015

Azərbaycan Rəqabətlilik Forumu 2018 keçirilib

07-09-2018

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022

Rəqəmsallaşmayan dövlət xidmətləri ilə bağlı müvafiq tapşırıqlar verilib

24-06-2025

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda təlim keçirilib

21-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə