"Facebook" şəxsi kriptovalyutasını buraxacaq

27-11-2020 / 15:14

Gələn ilin yanvarın ayından etibarən "Facebook" özünün "Libra" adlı kriptovalyutasını buraxacaq.

Xeberler.az-ın verdiyi məlumata görə, "Libra" kriptovalyutası məhdud sayda emissiya olunacaq. "Facebook" öz kriptovalyutasınının buraxılışı barədə ötən ilin iyun ayında elan etmişdi. İlkin olaraq bu kriptovalyutanın qlobal səviyyədə cari ilin I rübündə buraxılması gözlənilirdi.

"Libra"nın buraxılış tarixi, İsveçrə maliyyə bazarı orqanı tərəfindən onu ödəmə xidməti kimi təsdiq edilməsindən asılı olacaq ki, bu da yanvar ayının əvvəlində baş verə bilər. İlkin olaraq kriptovalyutanın məzənnəsi 1 ABŞ dollarına bərabər olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə