WhatsApp Bakcell abunəçiləri üçün pulsuz oldu-Fotolar

07-03-2016 / 18:36

Bakcell şirkəti yeni Klass tariflərini istifadəyə verməklə, mobil internetdən istədikləri qədər istifadə etmək üçün öz abunəçilərinə daha çox mobil internet trafikini təqdim eib.

Xeberler.az bildirir ki, abunəçilər təqdim olunan bu beş yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcək.

Bu yeni tariflərə qoşulan bütün abunəçilər Whatsapp tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaq.

 “Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik. Müştərilərimizə Azərbaycanda bütün şəbəkələrə pulsuz zəng vurmaq imkanının verilməsi də ünsiyyət prosesini onlar üçün daha münasib və asan etmək üçün gördüyümüz səylərin nəticəsidir. Biz inanırıq ki, hər bir Bakcell abunəçisi ay ərzində istifadə etdiyi həcmə daha uyğun olan ən sərfəli tarifi asanlıqla tapa biləcək”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib.

“Müştərilərimiz üçün daha bir xoş xəbər Whatsapp tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil internet üçün pul ödəməyərək Whatsapp üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq. Müştərilərimizi daim ən sərfəli qiymətlər və ən üstün keyfiyyətli şəbəkə ilə təmin etmək üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik”,- deyə xanım Toyçeva əlavə edib.

5 yeni Klass tarifi haqqında daha ətraflı burada. 

Tədbirdə qeyd edilib ki, Bakcell-in  istifadəçilərinin 26 faizi  Facebook  istifadəçisidir. 

Qeyd edilib ki, Bakcell abunəçilərinin sayı  3 milyondur, onlardan  təxminən 30 faizi  WhatsAapp-dan  istifadə edir.

Qeyd edək ki, Bakcell-in ölkə üzrə  5 mindən artıq baza stansiyası var.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə