Previous Next
Bağla

Bakcell yeni kampaniyaya başladı

05-12-2016 13:09
Bakcell yeni kampaniyaya başladı

Bakcell şirkəti Klass tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu kampaniya abunəçilərə Klass tarifinə daxil olan data həcmini ikiqat artırmaqla ən sürətli 4G internet xidmətindən faydalanmaq imkanı verir.

Bu təklifdən faydalanmaq üçün abunəçilər sadəcə LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına malik olmalı və Bakcell LTE şəbəkəsinə qoşulmalıdırlar.

Bu kampaniya çərçivəsində, hal-hazırda 3G şəbəkəsindən istifadə edən Klass abunəçiləri sadəcə Bakcell şirkətinin istənilən Müştəri Xidmətlərinə gəlib, istifadə etdikləri 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə də bilərlər.

LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına artıq malik olan abunəçilər ikiqat həcmdə internet trafikini aylıq ödənişlərini həyata keçirdikləri gün avtomatik olaraq alacaqlar.

Kampaniya çərçivəsində verilən internet trafiki yalnız 4G şəbəkəsində, standart Klass tarifi paketinə daxil olan internet trafiki isə Bakcell-in istənilən şəbəkəsində istifadə edilə bilər.

Qeyd etmək lazımdır ki, abunəçilər Bakcell Klass tarifləri çərçivəsində hal-hazırda ölkənin mobil rabitə bazarında ən cəzbedici təkliflərdən faydalana bilirlər.

Klass tarifləri ailəsinə qoşulmaq üçün abunəçilər bu keçidə daxil olaraq öz ehtiyaclarına ən uyğun olan Klass tarifini seçməli və mobil telefonlarında seçdikləri tarifin aktivasiya kodunu yığmalıdır.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14-12-2020

Bakcell Klass M tarifində yenilik edib

25-07-2016

Bakcell-dən Klass abunəçiləri üçün faydalı imkan

13-06-2016

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-dən abunəçilərinə Yeni il hədiyyəsi

04-12-2015

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell-dən eyni qiymətə ikiqat mobil internet trafiki

08-12-2015

«Bakcell» şirkəti yeni tariflər portfelini təqdim edib

15-03-2013

Bakcell abunəçilərinin balansını ikiqat artırır

02-02-2016

Bakcell-dən ikiqat internet

03-05-2018

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

Bakcell abunəçiləri üçün İnstagram-dan pulsuz istifadə imkanı

13-05-2016

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016

WhatsApp Bakcell abunəçiləri üçün pulsuz oldu-Fotolar

07-03-2016

Bakcell yeni 099 prefiksini istifadəyə verib

15-01-2020

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021

Bakcell-dən Facebook-a pulsuz çıxış

02-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə