Yandeks Rusiyada kompüter elmləri fakültəsi açıb

09-09-2016 / 13:19

Rusiyanın Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat  məktəbi” və Yandeks şirkəti birgə kompüter elmləri fakültəsini təsis ediblər.

Xebeler.az Rusiya mətbuatına istinadən məlumat verir ki, əsas məqsəd "Nəzəri və tətbiqi informatika", o cümlədən "Proqram mühəndisliyi" proqramları üzrə mütəxəssislər hazırlamaqdır.

Fakültə Ali iqtisadiyyat məktəbində mövcud olan proqram mühəndisliyi ilə tətbiqi riyaziyyat və informatika bölmələrini birləşdirəcək. Onlara yeni - Böyük Verilənlər və informasiya axtarışı departamenti də əlavə ediləcək.

Yandeks-in baza kafedrası əsasında fəaliyyət göstərəcək fakültənin tədris planını universitetin müəllimləri və Yandeks-in mütəxəssisləri hazırlayacaq.

Tədrisə maşın təlimi, Böyük Verilənlər və kompüter elmlərinin digər istiqamətləri üzrə kurslar da daxil olacaq. Mühazirə və seminarları isə Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat  məktəbi” və Yandeks əməkdaşları aparacaqlar.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə