Previous Next
Bağla

İtaliya-Azərbaycan universitetini hansı universitetlər yaradır

01-09-2022 21:27
İtaliya-Azərbaycan universitetini hansı universitetlər yaradır

Xəbər verildiyi kimi, bu gün, sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universtetinin yaradılması ilə bağlı imzalanmış sənədlər təsdiqlənib.

Xeberler.az bildirir ki, ilk dəfə olaraq Azərbaycanın xarici ölkələrlə birlikdə yaratdığı yeni universitet daha çox texniki və texnoloji sahədə fəaliyyət göstərəcək.

Azərbaycan tərəfdən yeni universitetin tərəfdaşı ADA universitetidir.

İtaliya tərəfdən isə bu prosesdə 5 universitet iştirak edəcək. Bu gün Romada elan edildiyi kimi, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında sazişlər imzalanıb.

«Luiss Guido Carli» (İtalyanca Azad Beynəlxalq Sosial Tədqiqatlar Universiteti "Guido Carli") Universiteti 1974-cü ildə Gianni Agnelli'nin qardaşı Umberto Agnelli'nin başçılıq etdiyi bir qrup sahibkar tərəfindən yaradılıb.

O, maliyyə, biznes, idarəetmə, hüquq və siyasət elmləri sahələrində bir sıra İkili Diplom proqramlarına əlavə olaraq bakalavr və aspirantura təhsili verir.

Roma Sapienza Universiteti – ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir – onun bünövrəsi 1300-cü illərdə qoyulub, dəfələrlə İtaliya və Avropanın ən yaxşı universitetlərindən biri sayılır. Burada memarlıq, iqtisadiyyat, tibb, stomatologiya və əczaçılıq, hüquq, informasiya texnologiyaları, informatika və statistika, riyaziyyət, siyasi elmlər və kommunikasiya kimi fakultələr var. Roma Sapienza Universiteti – Avropada ən çox tələbənin təhsil aldığı ali məktəb sayılır.

Turin Politexnik Universiteti – əsası 1850-ci illərdə qoyulan İtaliyanın ilk texniki universitetidir. Mühəndis, memarlıq və sənaye üzrə ixtisasları tədrisedir. Memarlıq və dizayn, informasiya texnologiyaları, kompüter mühəndisliyi, energetika, elektronika və telefommunikasiya, istehsal menecmenti,  ətraf mühimt və təbii sərvətlər, maşınqayırma və aerokosmik sənaye, riyazi elmlər, tikinti mühəndisliyi və sair fakultələri var.

Alma Mater Bolonya Universiteti – dünyanın ən qədim universiteti, Bolonyada yerləşir, nəinki İtaliya və Avropada, bütün dünyada təhsilin və elmin inkişafında böyük təsirə v nüfuza malik olan ali məktəb. Universitetin hələ 11-ci əsrdə yaradıldığı bildiridir.

Milan Politexnik Universiteti - İtalyanın qədim ali təhsil ocaqlarından biri, əsası 1863-cü ildə qoyulub. İlk dəfə olaraq Yüksək Texniki İnstitut (İnstituto Tecnico Superiore) adlandırılıb. Hazırda ali təhsil müəssiəsində 17 fakültə fəaliyyət göstərir: memarlıq və layihələndirmə, biomühəndislik, kimya, materiallar və kimya mühəndisliyi, elektronika və informatika, elektrotexnika, energetika, fizika, sənaye dizaynı, incəsənət, kommunikasiya və moda, aviasiya-kosmik texnika, sənaye istehsalının təşkili və idarəedilməsi, atom texnikası, tikinti layihələndirilməsi, riyaziyyat, mexanika, arxitektura üzrə layihələndirmə, ətraf mühit texnologiyası və sair.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı İT universitetləri

26-03-2009

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Yandeks Rusiyada kompüter elmləri fakültəsi açıb

09-09-2016

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009

Qərb Universitetindən üçlü diplom-Layihə

15-02-2018

Uber-dən tələbələr üçün yenilik

14-09-2015

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı öz işinə başlayıb

19-10-2023

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024

IX Azərbaycan beynəlxalq “Təhsil” sərgisi öz işinə başlayıb

09-10-2015

Bakı Dövlət Universiteti “Virtual Universitet” layihəsini həyata keçirir

23-01-2009

“Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” mövzusunda seminarı keçirilir

04-11-2022

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

“Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib

19-11-2024

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020

AzMİU Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

11-10-2019

Bakı Mühəndislik Universiteti yaradılıb-Sərəncam

08-11-2016

Avropada Twitter-i ən yaxşı istifadə edən universitet

24-10-2017

Bakıda beynəlxalq İKT konfransı davam edir

13-10-2016

“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

30-07-2020

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə