Previous Next
Bağla

Proqram mühəndisliyi və Data Science

19-05-2017 14:45
Proqram mühəndisliyi və Data Science

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin böyük elmi işçisi Hicran Gözəlova “Proqram mühəndisliyi və Data Science” mövzusunda məruzəsini təqdim edib.

Xeberler.az-ın məlumatına görə,  Hicran Gözəlova  bildirib ki, Big Data (BD) konepsiyasının əsasını müxtəlif mənbələrdən fərqli formatlarda yüksək sürətlə daxil olan böyük həcmli verilənlərin emalı, analizi və onlardan faydalı biliklərin çıxarılması təşkil edir.

Məruzəçinin sözlərinə görə, Big Data erasında Data Science proqram mühəndislərinin yiyələndikləri xüsusi əhəmiyyətli bacarıqlar yerinə yetirilmiş layihələr əsasında yeni layihələri proqnozlaşdırmağa imkan verir.

 Data Science ilə müqayisədə proqram mühəndisliyi proqram təminatının sistemli şəkildə layihələndirilməsi, işlənməsi, fəaliyyəti və müşayiət olunmasını təmin edən, həmçinin bu yanaşmaları tədqiq edən elmi nəzəri və pratiki sahə olmaqla, ötən əsrin 60-cı illərində meydana gəlib.

“Big Data-nın analizi bir çox layihələrin proqram təminatlarının işlənib hazırlanmasının əsasını təşkil edir”, – deyən Hicran Gözəlova qeyd etdib ki, Data Science inkişaf etməkdə olan sahə olduğundan proqram mühəndislərinə təcrübəni yaxşılaşdırmağa kömək edir. Proqram təminatı analiz üçün dəqiq interfeys işləyib hazırlamaqla, prosedur və ya alətlərin funksionallığını formalaşdırır.

O, proqram mühəndislərinin verilənlər mühəndisi və verilənlər alimləri ilə müqayisəsindən söz açan məruzəçi Data Science-in proqram təminatının işlənib hazırlanmasında, onun həyat tsiklinin daha effektiv idarə edilməsində proqram mühəndislərinə çox böyük dəstək verdiyini nəzərə çatdırıb.

Son illər verilənlərin artması ilə onların idarə edilməsində əsas rol oynayan mühəndis proqramçılar, verilənlər mühəndisləri və verilənlər alimləri arasında fərqlər müşahidə olunur. Bunlardan PM ilk sahə hesab olunur. Verilənlər mühəndisliyi (Data Engineering) və DS daha gənc sahələrdəndir.  

Proqram mühəndisləri testetmə və analiz də daxil olmaqla, layihələndirmədən başlamış proqramın tərtib edilməsinə qədər bütün mərhələlərdə iştirak edərək sistem və proqram əlavələrinin yaradılmasını həyata keçirirlər.

Verilənlər mühəndisi sistem yaradır, proqram təminatı mütəxəssisləri tərəfindən yaradılmış sistem və əlavələrdən verilənlərin əldə edilməsini və saxlanmasını təmin edir. Verilənlər alimləri verilənlər üzərində analiz aparırlar. Bu əməliyyat intellektual analiz və ya maşın təlimi alqoritmi ola bilər. Bu alqoritmlər sonradan proqram mühəndisləri və verilənlər mühəndisləri tərəfindən koda çevrilir və reallaşdırılır.

Hazırda BD-nın toplanması, təmizlənməsi, analizi, proqram təminatının yaradılması və s. məsələləri yerinə yetirmək üçün  verilənlər elmindən istifadə olunur. 2013-cü ildən başlayaraq dünyanın bir çox aparıcı universitetlərində “data science” akademik fənn kimi bakalavr, magistr və doktorant pilləsində tədris olunur.

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017
“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017
Bakıda Big Data Day keçiriləcək

Bakıda Big Data Day keçiriləcək

14-03-2016
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
BDU-da “Data Science” təlimlərinə başlanılıb

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024
DİM  İT mütəxəssis axtarır-Tələblər

DİM İT mütəxəssis axtarır-Tələblər

11-05-2017
“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015
Data Science Academy  fəaliyyətə başlayıb

Data Science Academy fəaliyyətə başlayıb

18-10-2019
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019
Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

30-06-2025
Azərbaycanda rəqəmsal demoqrafiyanın formalaşması tədqiq olunur

Azərbaycanda rəqəmsal demoqrafiyanın formalaşması tədqiq olunur

17-05-2021
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015
Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

21-10-2015
“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025
Azercell TechCentrum Data Science üzrə 3 aylıq təlimlərə başlayıb

Azercell TechCentrum Data Science üzrə 3 aylıq təlimlərə başlayıb

22-04-2019
İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə  edilib

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020
Big Data konfransı başa çatdı

Big Data konfransı başa çatdı

25-02-2016
“Advanced Data Science & Deep Learning” vebinarı təşkil olunub

“Advanced Data Science & Deep Learning” vebinarı təşkil olunub

15-12-2020
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə