Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017 / 13:27

Məlumat verdiyimiz kimi, uzun müddətdir Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı işlər aparılır.

"Yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək".

Xeberler.az bildirir ki, bu barədə nazir müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq.

Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza serftikatı almasına ehtiyac qalmayacaq:

“Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi odur ki,  onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq”.

Elmir Vəlizadə onu da qeyd edib ki, yeni vəsiqələrə yazılcaq e-imza bütün vətəndaşlar üçün ödənişsiz olacaq.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.