Previous Next
Bağla

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018 16:32
Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

1 Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələrinin veirlməsinə başlanacaq. 

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinin əhəmiyyətli hadisə olduğunu vurğulayıb: “Düşünürəm ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək” . 

Elektron imza sahəsində ölkədə rəqabətli mühitin olmamasına toxunan Osman Gündüz dəyişikliyin bu sahəyə də müsbət təsir göstərəcəyini bildirib: “Eyni zamanda məlumdur ki, hazırda, ümumiyyətlə elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. Məhz bu baxımdan da, ASAN imzanın operatoru Best Solution şirkəti mobil operatorlarla separat sövdələşmə apararq ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırlıb. Fikrimcə, vəsiqələrdəki elektron imza da bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək”.

Yeni şəxsiyyət vəsiqələri ilə bağlı bağlı Prezidentin 5 il öncə verdiyi Fərmana əsasən şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub.

Ekspert vəsiqələrin verilmə tarixinin bir neçə dəfə dəyişdirilməsinə də münasibət bildirib: “Maraqlıdır ki, vəsiqələrin verilməsi ilə bağlı tarix bir neçə dəfə dəyişdirilib. Təxminən 9 dövlət qurumu yeni nəsil vəsiqələrin verilməsi prosesində iştirak edəcək. Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Güman ki, elə özəl maraqları olanlar da var. Məsələn, xatırlayıram ki, bu şəxsiyyət vəsiqələrində vətəndaşın elektron imzası ilə bağlı məsələni də DİN öz üzərinə götürmək istəyirdi. Lakin sonradan bu səlahiyyət Prezident Fərmanı ilə NRYTN- ə verildi. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir. Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzləri tərəfindən veriləcək. Yeni vəsiqələrlə bağlı yeni dövlət rüsumu müəyyən olunmayıb. Güman ki, elə köhnə rüsum qüvvədə qalacaq”.

Əvvəlki rüsum belədir:

  • on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
  • üç iş günü - 25 manat;
  • bir iş günü - 35 manat.

Qeyd edək ki, bu rüsuma vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil olmayacaq. Qaydalara görə vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaş öz arzusu ilə vəsiqəni alarkən və ya sonradan NRYTN sertikasiya mərkəzinə müraciət etməklə akiv edə biləcək.

Osman Gündüz vəsiqədəki elektron imzanın aktiv olması üçün ödəyəcəyi məbləğin hələlik açıqlanmadığını bildirib: “Bunun üçün vətəndaşın ödəməli olduğu vəsait hələlik açıqlanmayıb. Qaydalara görə bu rüsumun 25 faizi NRYTN Sertifikat Xidmətləri Mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir. Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014

Şəxsiyyət vəsiqələrinə tətbiq olunacaq yeni dövlət rüsumları açıqlanıb

30-11-2015

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

28-08-2018

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

08-07-2025

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015

Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

26-02-2015

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron sənədlər imzalanacaq

18-01-2015

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – elektron sistemə keçilir

12-06-2024

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə