Previous Next
Bağla

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018 10:17
Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı
Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bununla bağlı artıq hazırlıq işləri də başa çatıb. Yeni şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu, barmaq izləri və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı yerləşdiriləcək.
 
Xeberler.az  bildirir ki, yeni vəsiqələrin üstünlükləri ilə bağlı "Sherg.az”-a danışan ekspertlər də ideyanı təqdirəlayiq hesab edirlər.  
 
İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu bildirib ki, elektron proseslər vətəndaşın formalaşmasında həlledici bir vasitədir: 
 
"Yaddaş daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatlar daxil edilib və vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bu ideya çoxdan var idi. Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ən əsas elektron imzanın kütləviləşməsinə kömək edəcək, beləcə elektron vətəndaşın formalaşması prosesi sürətlənəcək, ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi gətirib çıxaracaq”.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də yeni şəxsiyyət vəsiqələrinin hazırlanmasını kifayət qədər əhəmiyyətli hadisə kimi dəyərləndirir: 
 
"Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək. Eyni zamanda məlumdur ki hazırda, ümumiyyətlə elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. 
 
Məhz bu baxımdan da, ASAN imzanın operatoru mobil operatorlarla separat sövdələşmə apararq ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırlıb. Fikrimcə, vəsiqələrdəki elektron imza da bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək. Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi Fərman var. Həmin Fərmanla təsdiqlənən Əsasnaməyə görə şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub". 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014
Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018
Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

28-08-2018
Yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron sənədlər imzalanacaq

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron sənədlər imzalanacaq

18-01-2015
Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017
Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018
Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018
Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015
Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

08-07-2025
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – elektron sistemə keçilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – elektron sistemə keçilir

12-06-2024
Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

26-02-2015
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018
“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014
Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014
Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016
Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017
Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018
Elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

Elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

17-08-2015
Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018
Yeni nəsil şəxsiyyət vəsiqələrilə xaricə getmək  mümkün olacaq

Yeni nəsil şəxsiyyət vəsiqələrilə xaricə getmək mümkün olacaq

11-04-2015
Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək

25-07-2025
Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə