Previous Next
Bağla

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017 15:19
Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

Məlumat verdiyimiz kimi, uzun müddətdir Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı işlər aparılır.

Xatırladaq ki, prezident İlham Əliyev bununla bağlı 2014-cü ilin, noyabrın 28-də sənəd imzalayıb.

Sənəddə qeyd edilib ki, Daxili İşlər Nazirliyi  şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinin təkmilləşdirilməsini, onların zəruri proqram-texniki vasitələrlə təchiz olunmasını həyata keçirməlidir.

NRYTN isə məsələ ilə bağlı yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin etməsi həvalə edildi.

Nəzərdə tutulur ki, yeni şəxsiyyət vəsiqəsinə sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatlar daxil ediləcək.

Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq.

Sənədin üstündən 3 il keçməsinə baxmayaraq hələ də yeni nəsil vəsiqələri təqdim edilməyib.

Bir müddətə qədər deyildi ki, yeni vəsiqələr 2018-ci ildə istifadəyə veriləcək.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin  müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında da bu vəsiqələrin gələn il təqdim ediləcəyini təsdiq etdi.

Lakin sonradan İKT sektorunda bununla bağlı müzakirələr başladı və vəsiqələrinin verilməsinin vaxtının yenidən uzadılacağı gündəmə gəldi.

Belə ki, yeni nəsil şəxsiyyət vəsiqələri 2018 yox, 2019-cu ildə təqdim ediləcəyi bildirildi.

Elə bunu Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi ilə dəqiq etməyə çalışırdıq ki, nazir Ramin Quluzadə məsələyə aydınlıq gətirib.

Məlumat verdiyimiz kimi, ötən günlərdə Azərbaycandakı Amerika Ticarət Palatası Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Ramin Quluzadənin iştirakı ilə aylıq işgüzar nahar təşkil edib.

Tədbirdə il ərzində İKT görülən işlərdən danışan nazir onu da bildirib ki, 2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrinin vətəndaşlara verilməsi  də nəzərdə tutulur.

Vəsiqələrin verilməsini təmin edən Daxili İşlər Nazirliyi ilə də  əlaqə saxlayıb, məlumat öyrənməyə çalışdıq.

Nazirlikdən bildirilib ki, bu işə cavabdeh Nazirlər Kabinetidir. DİN sadəcə icraçı qurumdur.

Prezidentin sərəncamında şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzlərində və əhaliyə səyyar xidmət göstərən nəqliyyat vasitələrində müvafiq proqram-texniki vasitələrin təchizatını və quraşdırılmasını təmin etməsi də qeyd edilib.

Məlumatımıza görə, məsələ ilə bağlı adı çəkilən qurumların bir neçə dəfə görüşü də keçirilib. Belə ki, İşçi Qrupu yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün məqamları müzakirə edib.

Qeyd edilir ki, artıq bu istiqamətdə işlə başa çatıb. Belə desək, yeni vəsiqələr artıq istifadəyə hazırdır.

Ekspertlər də bildirir ki, bununla bağlı bütün işlər başa çatıbsa, niyə proses bu qədər ləngiyir?

İndiki məqamda gecikmə ilə bağlı qurumların açıqlaması faydalı olardı.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

28-08-2018

Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

26-02-2015

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

08-07-2025

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

29-08-2018

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron sənədlər imzalanacaq

18-01-2015

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015

Yeni nəsil şəxsiyyət vəsiqələrilə xaricə getmək mümkün olacaq

11-04-2015

Biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəz yenilənib

17-04-2015

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018

Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

06-09-2018

Səyyar xidmət zamanı 189 nəfər vəsiqə alıb

07-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə