Prezident İlham Əliyev Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını təmin etməli, vəsiqə sahibinin gücləndirilmiş elektron imza ilə təmin edilməsini üçün infrastruktur yaratmalıdır.
Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz hesab edir ki, bu sərəncam vətəndaşların elektron hökumətdən yararlanmasını sürətləndirəcək: “Uzun müddətdir Azərbaycanda elektron imzanın yayılması, elektron imzadan istifadə ilə bağlı problem yaşanırdı. Elektron imzanı yalnız elektron imza sertifikatı olan qurumdan almaq mümkün idi. Bu da bir qədər çətinlik yaradırdı. Amma prezidentin sərəncamında birmənalı göstərildi ki, yeni şəxsiyyət vəsiqəsi veriləndə, elektron imza artıq onun daxilindəki çipdə olacaq. Düşünürəm, bu böyük üstünlük, hətta inqilabdır. Yəni, kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var. Elektron imza üçün heç yerə getməyə ehtiyac yoxdur . Elektron imza ilə təklif olunan istənilən xidmət, hətta notarial xidmətlərin də bir hissəsi məhz bu sistem vasitəsilə reallaşacaq”.
AİF prezidenti qeyd edib ki, elektron imzanın verilməsi ilə ölkədə bir neçə qurum məşğuldur: “ Prezidentin adı çəkilən sərəncamı ilə vətəndaşlara imza sertifikatlarının verilməsi isə birbaşa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb. Hazırda bildiyim qədər Nazirliyin Məlumat Hesablama Mərkəzində bu istiqamətdə işlər gücləndirilib. Əgər elektron imza məsələsi tezliklə öz həllini tapıbsa, xidmətlərin əksəriyyəti də tam elektron formada həyata keçiriləcək. Dövlət qurumları artıq elektron imza vasitəsilə reallaşdırıla bilən xidmətlərin sayını sürətlə artıracaqlar”.
Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət başçısının yeni şəxsiyyət vəsiqələrinin hazırlanması üçün verdiyi sərəncamın icrasına başlayıb.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri