YouTube 35 telekanalı canlı yayımlayacaq

01-03-2017 / 14:07

Dünyanın ən böyük video paylaşma platforması YouTube  ənənəvi TV yayıma başlayır.

Xeberler.az-ın məlumatına görə, şirkət bu gün təqdim edilən yeni xidməti ilə  ilə ABŞ-da təxminən 35 əhəmiyyətli efir telekanalı canlı yayımlayacaq.

Bu kanallar içərisində Showtime, ABC, CBS, FOX və NBC kimi məşhur  TV-lər var.

“YouTube TV” adındakı TV xidmətinin xüsusilə ailələr və üzvlərinin sayı çox olan  qruplar tərəfindən istifadə edilməsini istəyən YouTube, aylıq 35 dollar qarşılığında 6 fərqli YouTube TV hesabı təqdim edəcək.

Bununla da, ailə daxilində hər kəs tətbiq köməyilə öz hesabını fərdiləşdirə biləcək. Həmçinin 3 hesabın eyni anda videoları izləmək imkanı olacaq.

YouTube TV bu yayımları Android və iOS tətbiqlərindən deyil, yalnız PC və televiziya tətbiqlərindən yayımlayacaq.

Tətbiq daxilində “Axtarış” yayımları bulud üzərindən saxlamaq üçün imkan yaradan “cloud DVR” və “Təkliflər” kimi bölmələr də yer alıb.

Tətbiq həmçinin tablet, PC, televiziya və ağıllı telefonlarda da istifadə edilə biləcək. 

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.