Zaqatalada dövlət provayderindən istifadə edənlərin sayı artıb

15-10-2015 / 16:22

Zaqatala Rayon Telekommunikasiya Qovşağı informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi və əhalinin müasir telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üçün davamlı tədbirlər həyata keçirir. Rayonda genişzolaqlı internet istifadəçilərinin sayı 9189-a çatıb. 

Bunu Xeberler.az-a Zaqatala Telekommunikasiya Qovşağının rəisi Həsən Ömərov bildirib.

Qovşaq rəisi bildirib ki, bu abonentlərdən  1633-ü özəl, 7556-ı Aztelekom.net provayderinin payına düşür.

Qeyd edək ki, ötən ayların statistikasına əsasən rayonda Aztelekom.net provayderindən istifadə edən abonentlərin sayı 337 nəfər artıb.

 

Mirvari Nəcəf

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.