Dünyanın ən böyük ekranı harada quraşdırılacaq?

04-03-2011

“Eurovision-2011” mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Xeberler.az-ın İtv. Az-a istinadən məlumatına görə, Düsseldorfdakı Tusen göydələnində müsabiqəni izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq.

Etikaya aid sayt istifadəyə verildi

04-03-2011

Bəzən vətəndaşlarla dövlət qurumları əməkdaşları arasında qeyri-etik münasibətlər yaranır. Belə xoşagəlməz hallara səbəb hər iki tərəfin etik qaydalardan bixəbər olması və ya bilərəkdən onlara əməl etməməsidir.


Ukraynaya “.ukr” milli domeni ayrılıb

04-03-2011

İnternet ünvanların və adların verilməsi ilə məşğul olan beynəlxalq ICANN təşkilatı Ukrayna üçün milli “.ukr” kiril domeninin ayrılması haqqında qərar qəbul edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukrayna hökumətində hesab edirlər ki, bu qərar ölkədə informasiya cəmiyyətinin qurulması baxımdan önəmli addımdır.

“Azerfon” Azərbaycan İnvestisiya Sammitini dəstəkləyir

04-03-2011

Martın 3-də Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və “Euroconvention Conferences” şirkətinin təşkilatçılığı və Azerfon şirkətinin dəstəyi ilə Azərbaycan İnvestisiya Sammiti başlayıb.


Apple öz məhsullarının ucuz variantlarını buraxmaq niyyətindədir

03-03-2011

Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Apple korporasiyasının icraçı direktoru Stiv Cobsu müvəqqəti əvəz edən əməliyyat direktoru Tim Kuk şirkətin “yalnız varlılar üçün” məhsul buraxmaq niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, Apple hamı üçün müxtəlif məhsullar təqdim edən və müxtəlif bazarlarda təmsil olunan şirkət kimi fəaliyyət göstərmək istəyir.

Net Applications analitik şirkətinin brauzer bazarı ilə bağlı son məlumatı

03-03-2011

Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Net Applications analitik şirkəti təqdim etdiyi son hesabatında 2011-ci ilin fevral ayında internet istifadəçiləri arasında populyar olan brauzerlərin mövqeləri haqqında məlumat verib.


Millət vəkili “Azərcell”i məhkəməyə verir

02-03-2011

Azərbaycan Milli Məclisinin üzvü, Ana Vətən Partiyasının sədri Fəazil Ağamalı “Azərcell” Telekomu məhkəməyə verir. Bu barədə “Qafqazinfo”ya açıqlamasında millət vəkili özü bildirib. Deputat deyib ki, bir müddət əvvəl bu şirkətə məxsus “data kart” alıb: “Mən onlardan “data kart” almışam. Qısa müddət ərzində isə ona düz 81 manat pul yükləmişəm. Lakin heç interneti açmamış xəbər gəlir ki, bəs yenidən pul qoymaq lazımdır. Mən bunu insanların labirintə salınması kimi qiymətləndirirəm. Hesab edirəm

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə 2011-ci il üçün Fəaliyyət Planı təsdiqlənib

02-03-2011

APA-nın verdiyi xəbərə görə, Azərbaycanın Təhsil naziri Misir Mərdanov "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanan Fəaliyyət Planını təsdiqləyib.


CeBIT 2011 sərgisinə start verildi

02-03-2011

Dünyanın ən iri İT-sərgilərindən biri hesab olunan CeBIT ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İKT sahəsində ən son yeniliklər nümayiş etdirilir. Sözügedən tədbir, təkcə Avropada deyil, ümumiyyətlə bütün dünyada İKT sektorunu geniş şəkildə işıqlandıran forumdur. Hər il burada bir araya gələn müxtəlif peşə sahibləri, alim və mütəxəssislər, biznesmenlər dinamik inkişaf edən texnologiyalar sahəsində öz bilik və bacarığı ilə bölüşür, fikir mübadiləsi aparırlar.

İnternetin sürətini əks etdirən reytinq cədvəli hazırlanıb

02-03-2011

“Net Index” şirkəti tərəfindən hazırlanan yeni reytinq cədvəli məlum olub. Qeyd edək ki, “Net Index” dünya ölkələri üzrə İnternetin sürətini müqayisə etməklə məşğuldur.


“Bakcell” yeni hədiyyə kampaniyası keçirir

02-03-2011

Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə CİN abunəçiləri üçün möhtəşəm bayram hədiyyəsi hazırlayıb.

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) ötən ilin dördüncü rübündə və ümumiyyətlə 2010-cu ildə dünya üzrə yarımkeçirici mikrosxem bazarına dair statistik məlumatlar təqdim edib.Ötən ilin oktyabr-dekabr ayları ərzində istehsalçılar tərəfindən 75,5 milyard dollar həcmində mikrosxem satılıb.


Ərəblərin «Muslimbook»u Facebooka qarşı

02-03-2011

Ərəb ölkələrində böaş verən hadisələrdən sonra "Facebook" sosial şəbəkəsi ilə "Twitter" mikrobloqinq servisinin müsəlman ölkələrində populyarlığı sürətlə artmaqdadır. Bununla yanaşı, həmin şəbəkələrin yerli, adaptə edilmiş versiyaları da inkişaf edir.

AzeriCarddan pensiyaçılara" SMS Xəbərdarlıq" xidməti

01-03-2011

ABB-nın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, bu xidmətə qoşulan plastik kart sahibinin kart vasitəsilə apardığı bütün əməliyyatlar barədə məlumatlar avtomatik olaraq onun mobil telefonuna daxil olur.


Qocalara robotlar qulluq edəcək

01-03-2011

Yaşlı insanların sayının artması, onların qocalar evinə yerləşdirilməsi ahıl insanlara qulluq edənlərin sayının artırılması ehtiyacını yaradır. Yaşlıların çox, onlara qullu edənlərin sayının isə az olduğu ölkələrdən biri də Yaponiyadır.

Diqqət! Bakcell-dən pulsuz Facebook xidməti

01-03-2011

İndi mobil cihazlar üçün yeni 0.facebook.com səhifəsi bütün Bakcell abunəçiləri üçün pulsuzdur. Siz, 0.facebook.com səhifəsinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana bilərsiniz. İstifadəçilər statusu yeniləyə, xəbərləri oxuya, fikir və təəssüratları ilə bölüşə, mesaj göndərə, dostların divarlarında öz sorğularını yaza və digər xüsusiyyətlərdən istifadə edə bilərlər. Səhifənin açılma sürətini artırmaq məqsədilə şəkilləri sadəcə bir kliklə baxa biləcəyiniz xüsusi səhifədə yerləşdirmişik. Bununl


Prezidentin saytına xaker hücumu

01-03-2011

Gürcüstan prezidenti Saakaşvilinin saytına xakerlər hücum edib və onun saytı iki gün işləməyib. Bu haqda informasiyanı Gürcüstan prezidenti Mixeil Saakaşvilin mətbuat katibi Manana Manjqaladze yayıb. Gürcü rəsmilərinin fikrincə, prezidentin saytına xaker hücumu çox güman

Azərbaycanın ilk internet radiosu – Day.Az Radiosunun 4 yaşı tamam olur

01-03-2011

4 il əvvəl, 2007-ci il mart ayının 1 – də Azərbaycanda ilk internet radio – Day.Az Radio fəaliyyətə başlayıb. Day.Az Radionun əsas məqsədi Azərbaycanın qədim və müasir tarixini, reallığını, mədəniyyətini və musiqisini dünya ictimaiyyətinə çatdırmaq və təbliğ etməkdir. Eyni zamanda məqsəd bütün dünya azərbaycanlılarını həmrəy etməkdir. Onlara milli mədəniyyəti bir daha xatırlatmaqla, onların azərbaycanlı olduğundan qürür hissini oyadıb, yaşatmaqdır.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə