Previous Next
Bağla

Nazir rabitə obyektlərində buraxılış rejiminin tənzimlənməsi haqqında əmr imzalayıb

12-09-2014 16:19
Nazir rabitə obyektlərində buraxılış rejiminin tənzimlənməsi haqqında əmr imzalayıb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların mühafizə olunan obyektlərində buraxılış rejiminin tənzimlənməsi, baş verə biləcək təxribat, terror aktlarının qarşısının alınması məqsədi ilə rabitə obyektlərində buraxılış rejiminin tənzimlənməsi haqqında əmr imzalayıb.
 
Əmrdə RYTN-in rabitə obyektlərinin rəhbərlərinə ünvanlanan bir sıra tapşırıqlar əksini tapıb.
 
Əmrə əsasən, rabitə obyektlərinin rəhbərlərinə Prezident Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetinin rəhbər işçiləri və Milli Məclisin deputatlarının, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri və onun müavininin müşayiət etdikləri şəxslərin, Nazirlər Kabineti yanında Dövlət Feldyeger  Xidmətinin və "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin feldyegerlərinin xidməti vəsiqə təqdim etməklə rabitə obyektlərinin inzibati binalarına daxil olmalarına icazə verilməsi tapşırılıb.
 
Eyni zamanda rabitə və yüksək texnologiyalar naziri və aparat rəhbərinin imzası ilə xidməti vəsiqələri olan şəxslərin bütün rabitə obyektlərinə, hər bir rabitə obyekti üzrə xidməti vəsiqələri olan şəxslərin aidiyyəti rabitə obyektlərinə daxil olmasına icazə verilməlidir.
 
Əmrə əsasən, kənar şəxslərin mühafizə olunan rabitə obyektlərinin inzibati binalarına buraxılışına  RYTN-in rəhbərliyi, şöbə müdirləri, rabitə obyektlərinin rəhbərləri və onları əvəz edən şəxslərin icazəsi əsasında, həmçinin qeyd olunan şəxslər tərəfindən girişin məqsədi açıqlanmaqla razılıq verildikdən sonra, kənar şəxsin şəxsiyyət və xidməti vəsiqəsinin yoxlanılması və müvafiq jurnalda qeydiyyatın aparılması ilə, rabitə obyektləri rəhbərlərinin qəbuluna gələn şəxslərin qəbul edilərkən və yola salınarkən müşayiət olunması ilə, iş vaxtından sonra, şənbə, bazar, ümumxalq hüzn günü və bayram günlərində ən zəruri hallarda rabitə obyektləri rəhbərlərinin müvafiq icazəsi əsasında və müşayiət olunmaqla icazə veriləcək.
 
Rabitə obyektlərinə xarici vətəndaşların buraxılışı yalnız RYTN-in rəhbərliyinin icazəsi əsasında həyata keçirilməlidir.
 
Rabitə obyektlərinə xarici vətəndaşların buraxılışı həmin vətəndaşların miqrasiya orqanlarında müvafiq qeydiyyatlarının olub-olmaması obyekt rəhbərliyi tərəfindən yoxlanıldıqdan sonra həyata keçirilməlidir.
 
Rabitə obyektlərində avadanlıqları olan kənar müəssisələrin xarici mütəxəssislərinin obyektə buraxılışı RYTN-in rəhbərliyinin icazəsi əsasında obyekt rəhbərlərinin yazılı icazəsi ilə aparılmalıdır.
 
Əmrdə həmçinin qeyd olunur ki, ATS-lərin ərazisində xüsusi avadanlıqları olan qurumların (polis idarələri, mülki müdafiə qərargahları, enerji idarələri və s.) rəsmi məktubları ilə təqdim olunmuş və aidiyyəti rabitə obyektinin rəhbərinin dərkənarı qoyulmuş siyahı üzrə mütəxəssislərin rabitə obyektinə buraxılışı qeydiyyat aparılmaqla və müşayiət olunmaqla həyata keçirilsin.
 
Əmrə əsasən, fövqəladə hallar zamanı baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün cəlb olunmuş qüvvə və vasitələrin mühafizə olunan obyektlərinin ərazisinə buraxılışı dərhal təmin edilməklə, obyekt rəhbərinə və RYTN-ə təcili məlumat verilməklə həyata keçiriləcək.
 
Bunlardan əlavə, rabitə obyektlərinin rəhbərlərinə tapşırılıb ki, mühafizə olunan rabitə obyektlərinin ayrılmış sahələrində quraşdırılmış digər təşkilatlara məxsus avadanlıqlara xidmət məqsədi ilə bu təşkilatların əməkdaşlarının rabitə obyektlərinə buraxılışı aşağıdakı şərtlərlə həyata keçirilsin:
 
  • Digər təşkilatların əməkdaşlarının rabitə obyektlərinə il ərzində buraxılışı müvafiq təşkilat tərəfindən təqdim edilmiş, rabitə obyektlərinin dərkənarı qoyulmuş siyahı üzrə xidməti və şəxsiyyət vəsiqələri əsasında müvafiq qeydiyyat aparılmaqla və müşayiət edilməklə;

  • Xüsusi hallarda və qəza-bərpa işlərinin aparılması zamanı mühafizə olunan rabitə obyektlərinə digər təşkilatların texniki işçilərinin buraxılışı rabitə obyektlərinin rəhbərliyi ilə razılaşdırılmış siyahı üzrə;

  • Razılaşdırılmış siyahıya uyğun olaraq mütəxəssislərin rabitə obyektinə buraxılmasından əvvəl, onların rabitə obyektlərinin nümayəndələri tərəfindən müvafiq qaydalara uyğun olaraq təlimatlandırılması şərti ilə;

  • Razılaşdırılmış siyahıdakı şəxslərin tərkibi və ya sənədlərində uyğunsuzluq aşkar edildiyi təqdirdə, həmin şəxslərin obyektə baxılmaması və siyahıda düzəlişlərin rabitə obyektinin rəhbərləri tərəfindən müvafiq təşkilatdan tələb edilməsi.

Əmrdə ATS-lərə  və digər rabitə qurğuları olan binalara kənar şəxslərin buraxılması qadağan edilib. Həmçinin göstərilir ki, rabitə obyektlərinin bina və ərazisinə hər hansı avadanlıq və əşyaların gətirilməsi və ərazidən çıxarılması yalnız obyekt rəhbərinin yazılı icazəsi əsasında müvafiq yoxlama aparılmaqla həyata keçirilməlidir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"na daxil edilmiş rabitə obyektlərinin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi zamanı müvafiq rabitə obyektlərinin rəhbərləri tərəfindən xüsusi tikinti normalarının nəzərə alınması da tapşırıqlar sırasındadır.
 
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemi üzrə mühüm əhəmiyyətli obyektlərin siyahısına "Azərkosmos" ASC-nin Əsas yerüstü peyk idarəetmə mərkəzi, Beynəlxalq Avtomat Telefon Stansiyası, Poçt Daşıma Mərkəzinin inzibati binası, "Azərpoçt" MMC-nin inzibati binası və onun poçt filialları, Teleqüllə kompleksi, Gülüstan, Lerik, Əhmədbəyli, Poylu, Zaqatala və Gəncə Radio-Televiziya Yayım stansiyaları, Lənkəran, Şəki, Quba, Gəncə, Şirvan Şəhərlərarası Avtomat stansiyaları, Avtomat Telefon Stansiyaları (ATS-371/372/373, ATS-564/565, ATS-566/567/514, ATS-374/375/376), Sumqayıt şəhərində yerləşən ATS-654/655, Bakı şəhəri və rayon mərkəzləri avtomat telefon stansiyaları daxildir.
 
Rabitə obyektlərinin rəhbərlərinə həmçinin tapşırılıb ki, obyektlərin yanğından mühafizəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına uyğun təmin edilsin və daimi ciddi nəzarətdə saxlanılsın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb

19-03-2014

Binə Ticarət Mərkəzində elektron avtomat telefon stansiyası istifadəyə veriləcək

01-12-2010

Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

29-04-2013

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

22-04-2014

Bir qrup rabitəçi təltif edilib

09-09-2019

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Təhlükəli hava şəraiti ilə əlaqədar nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb

16-01-2019

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

Azərbaycanda 2013-cü ilə kimi rabitə və İT sahəsinin prioritetləri müəyyənləşib

17-04-2009

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

Azərbaycanın mobil rabitə operatorları 3G lisenziyası almaq üçün ərizə veriblər

14-10-2009

Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

19-03-2019

Hərbi vəziyyətdə telefonlar bloklana bilər

04-12-2018

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009

Ev (stasionar) telefonların aylıq abunə haqqı 25% qaldırılıb

09-01-2014

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

19-03-2021

Azərbaycanda bir sıra yeni rabitə obyektləri istifadəyə verilib

14-11-2010

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

08-05-2021

Prezidentin yeni fərmanına əsasən nazirliyin strtukturu + 3 nazir müavini

20-06-2014

Mərkəzi Xüsusi Rabitə İdarəsinin yaranmasının 70 illiyi münasibətilə tədbir keçirilib

06-08-2009

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

27-12-2018

Nazirliyin daha bir qurumu MMC oldu

06-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə