“Google”un yeni layihəsi

07-02-2011

Google kompaniyası və dünyanın 17 nəhəng muzeyləri “Art Project” adlı iri miqyaslı bədii layihənin buraxılmasını elan edib. Bu layihə planetin müxtəlif nöqtəsindən belə internet vasitəsi ilə muzey salonlarına daxil olunaraq, yüksək keyfyyətli olan sərgiyə qoyulmuş incəsənət əsərlərini görmək olar.

Vankuverdə hakerlərin növbəti müsabiqəsi keçiriləcək

07-02-2011

Vankuverdə keçirilən CanSecWest konfransı çərçivəsində (martın 9-11) hakerlərin növbəti Pwn2Own müsabiqəsi keçiriləcək. Müsabiqənin təşkilatçısı TippingPoint şirkəti 105 min dollar mükafat fondu müəyyən edib. Internet Explorer, Safari və Firefox brauzerlərini sındıran hakerlərə (hər birinə görə) noutbuk və 15 min dollar mükafat təqdim ediləcək.


Microsoft: rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

07-02-2011

Microsoft Google şirkətinin Bing axtarış sistemi ilə bağlı ittihamına sərt cavab verıb, bu ittihamla razılaşmadığını bildirib.Şirkətin vitse-prezidenti Yusuf Mehdi bu məsələyə münasibət bildirərək qeyd edib ki, Bing axtarış sisteminin təkmilləşməsində dünyanın ən intellektual insanları çalışır. O, rəqiblərin plagiatda ittihamlarını sadəcə həqarət adlandırıb.

“Chrome 9” brauzerinin final versiyası buraxılıb

06-02-2011

Brauzerin stabil versiyası istifadəçilərə bundan əvvəl yalnız tərtibatçılar üçün əlçatan olan bir sıra yeni imkanlar təqdim edir. Xüsusən də burada “Crome Instant” funksiyasını (veb-səhifələri və axtarış nəticələrini həmişəkindən daha sürətlə açmaq imkanı verən funksiya), “WebGL” standartının dəstəklənməsini, eləcə də “Chrome Web Store” resursuna çıxış imkanını qeyd etmək olar.


: Rabitə Nazirliyi poçt tariflərinin artırılmasına aydınlıq gətirdi

05-02-2011

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun MİA-ya verdiyi məlumata görə, son illərdə UPX üzrə mövcud tariflərin maya dəyərindən xeyli

Bakı metrosundakı terminallara nə oldu?

05-02-2011

Fevralın 5-də Bakı metrosunun bəzi stansiyalarında keçid kartlarına pulun yüklənməsi üçün nəzərdə tutulan terminalların işləməməsinə səbəb onların təkrar proqramlaşdırılması olub. Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov açıqlama verib ki, səhər saatlarında «Neftçilər» və «20 Yanvar» stansiyalarında sıxlıq yaransa da, artıq bu aradan qalxıb və terminallar


«Bakcell» şirkəti «SMS Viktorina» kampaniyasına başladı

05-02-2011

Azərbaycanın ilk mobil operatoru olan «Bakcell» şirkəti müştərilər üçün «SMS Viktorina» kampaniyasına start verib. Şirkətdən verilən məlumata görə, kampaniya «Bakcell» abunəçilərinə «Porsche Cayenne» avtomobilini və digər qiymətli hədiyyələri qazanmaq imkanı yaradacaq. «Cin», «Klass» və «Gold» fərdi abunəçiləri daxil olmaqla, bütün «Bakcell» abunəçiləri viktorinada iştirak edə bilərlər. Viktorinaya qoşulmaq istəyənlər 333 qısa nömrəsinə SMS göndərib, qısa suala cavab verərək hər gün 1 000 manat və hər həftə 2 000 manat qazanmaq imkanını əldə edəcəklər

Əli Abbasov da korrupsiyadan danışdı

05-02-2011

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) kollegiya iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən kollegiya iclasında ölkədə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib, bu sahədə RİTN tərəfindən görülən işlər, mövcud problemlər qeyd olunub. Toplantıda korrupsiyaya qarşı mübarizə üzrə RİTN-in müəssisə və təşkilatlarında həyata keçirilən tədbirlərə baxmayaraq


“Bloq: dünyaya yeni pəncərə” mövzusunda tədbir keçirildi.

05-02-2011

Dünən “İSR Plaza” otelində “Bloq: dünyaya yeni pəncərə” mövzusunda tədbir keçirildi. “Bizlər” koalisiyasının (“Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti, “Gənclər klubu” İctimai Birliyi, “Dalğa” Gənclər Hərəkatı və Azərbaycan Gənclər Assosiasiyası) təşkilatçılığı ilə keçirilən tədbirdə bloqçular, KİV nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri və xarici qonaqlar iştirak edib.

“Araz” radiosu fəaliyyətə başlayacaq

05-02-2011

“Araz” radiosu fəaliyyətə başlayacaq Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilən müsabiqənin nəticələrinə baxılıb. Müsabiqədə iştirak edən üç iddiaçı arasından \\\\\\\"Araz\\\\\\\" radiosu müsabiqənin qalibi elan edilib.


Google-a CV yağışı yağdı!

05-02-2011

Dünyanın ən böyük internet axtarış saytı olan Google bir həftə əvvəl, bu il 6200 adami işlə təmin edəcəyinə dair məlumat yayıb. Bu səbəbdən bir həftə ərzində saytda işləmək istəyən 75 min adam öz CV-ni şirkətə göndərib.

Facebook istifadəçiləri bu testi etsin

05-02-2011

Mütəxəssislər Facebookda 6 cür istifadəçi növü olduğunu qeyd ediblər. İngiltərədə 2 min adam üzərində keçirilmiş araşdırma nəticəsində 40 yaşından artıq olan qadınların Facebookdakı dostlarının sayının uşaqlarının dostlarının sayından daha çox olduğu bəlli olmuşdur. Mütəxəssislər Facebookda 6 cür istifadəçi növü olduğunu qeyd edirlər. Bəs siz hansı qrupa aidsiniz? Fakto.info sizə bu suala cavab tapmaqda kömək edəcək. Elə isə testə başlayaq...


Tanınmış yazıçının kitabını elektron variantda oxumaq mümkün olacaq

04-02-2011

Ötən il - 2010-cu ildə Moskvanın "Flinta" nəşriyyatı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Natəvan Dəmirçioğlunun rusca ilk kitabını nəşr edib. Kitab nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətlə nəşr edilibş. Qaynar.info-nun məlumatına görə, Natəvan Dəmirçioğlunun kitabda üç povesti və üç hekayəsi yer alır. Əsasən psixoloji

“Facebook”-un rəqibi "Google"-nin 100 milyon dollar təklifini rədd etdi

04-02-2011

Sosial şəbəkə “path.com”-un qurucusu Dave Morin, Google-nin etdiyi 100 milyon dollarlıq təklifi rədd edib. Dave Morin daha əvvəl “Facebook”-da idarəçi olsa da oradan ayrılaraq, öz sosial şəbəkəsini yaradıb. Google, gələcəkdə “Facebook” kimi məşhur ola biləcəyi düşünülən bu sayta 100 milyon dollar təklif edib. 31 yaşlı Morin bu təklifdən imtina edib. O, yaratdığı şirkəti öz gücünə böyütmək


İKT istehsalında liderlik edən ölkənin adı açıqlanıb

04-02-2011

Dünyada istehsal olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsullarının üçdə bir hissəsindən çoxu Çin və onun inzibati regionu Honkonqun payına düşür. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) yeni məruzəsində qeyd olunub.

“İRƏLİ” İctimai Birliyi “WeBlog– 2” adlı blogging təlimlərinə start verir

03-02-2011

Təlimlərdə gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması vəirəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır. Bundan öncə keçirilmiş “WeBlog” təlimlərində 50 nəfər gənc iştirak etmiş və təlimin sonunda öz bloglarını yaratmışlar. Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İT Departamenti tərəfindən həyata keçirilmişdir.


"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011

“Mədəniyyət” kanalı fevralın 14-də fəaliyyətə başlayacaq Bu barədə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzTV-nin nəzdində “Mədəniyyət” kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Gürcüstan prezidentinin anası ilə görüş keçirilib

03-02-2011

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Gürcüstan prezidentinin anası, Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri Dr. Qiuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. RİTN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və Gürcüstan dövlət başçılarının məqsədyönlü siyasəti sayəsində iki






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə