Previous Next
Bağla

“İKT ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib

09-02-2014 18:07
“İKT ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib
Bu gün  Bakıda 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş böyük konfrans keçirilib.
 
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.
 
Tədbir “İKT ili”nin nailiyyətlərini, o cümlədən bu sahədə əldə olunmuş uğurları əks etdirən filmin nümayişi ilə başlayıb.
 
Daha sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nitqinə “Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” respublika prezidentinin sərəncamları ilə başlayıb.
 
Sərəncamları bütün rabitəçilər adından minnətdarlıqla qarşılayan nazir, İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən inkişafın informasiya texnologiyaları sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını bildirib. 2013-cü ilin dövlət başçısı tərəfindən “İKT ili” elan edilməsinin qazanılan nəticələrə önəmli təsir göstərdiyini, sektorda həyata keçirilən layihələrin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayan Ə.Abbasov bunun bariz nümunəsi kimi 2013-cü ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan  ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını qeyd edib.
 
Nazir kosmik sənaye imkanlarına malik ölkələr siyahısında yer alan Azərbaycanın qazandığı nailiyyətlərin qlobal miqyasda diqqət çəkdiyini də bildirib. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında ölkəmiz “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Həmçinin Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında növbəti dəfə öz liderliyini qoruyub.
 
Hesabata əsasən, ölkəmiz 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb. Azərbaycanda internet azadlığı və ondan sərbəst istifadə imkanlarının genişləndirilməsinə toxunan nazir bu sahədə fəaliyyətin gələcəkdə də inkişaf etdiriləcəyini bildirib.
 
Bu baxımdan “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin gerçəkləşəcəyini qeyd edən Ə.Abbasovun sözlərinə görə, layihə ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etməklə, ümumilikdə genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır.
 
İKT sahəsi üzrə digər prioritetlərin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında yer aldığını, konsepsiyaya əsasən, sektorun üzərinə böyük vəzifələrin düşdüyünü deyən nazir qarşıdakı hədəflərdən söz açıb. Belə ki, növbəti illərdə də şəbəkə infrastrukturunun inkişafı, hər bir vətəndaşın yüksəksürətli genişzolaqlı optik və simsiz şəbəkələrə çıxışının təmin edilməsi, yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, innovativ və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalının genişləndirilməsi, texnoparkların yaradılması nəzərdə tutulur.
 
Həmçinin ölkə əhalisinin elektron xidmətlərdən istifadə səviyyəsinin 100 faizə qaldırılması, kibertəhlükəsizliyin gücləndirilməsi, elektron kontent, elektron kommersiya, e-bankçılıq, elektron elmin inkişaf etdirilməsi və s. istiqamətlər də sahə üzrə müəyyənləşən əsas hədəflərə daxildir. Artıq ənənəvi iqtisadiyyatı geridə qoyaraq biliklər iqtisadiyyatına keçid edən Azərbaycanda yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması üçün “Qızıl üçbucaq”, o cümlədən insan resursları, maliyyə və mühitin formalaşmasının vacibliyinə də toxunan Ə.Abbasov ölkədə bunun üçün güclü potensialın olduğunu vurğulayıb.
Daha sonra çıxış edən AMEA prezidenti Akif Əlizadə milli peykin orbitə çıxarılmasını ölkəmizdə elmi şüurun, texniki imkanların, həmçinin dövlətin texniki tərəqqisi kimi qiymətləndirib. “Azerspace-1”-in Azərbaycan elmi, həmçinin elmi tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən akademik İKT sahəsində aparılan digər işlərə də toxunub. “İKT ili”ndə diqqətəlayiq tədbirlərin həyata keçirildiyini deyən AMEA prezidenti bu sahədə işlərin növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. 
 
İnformasiya cəmiyyətində kadr potensialının yetişdirilməsinə toxunan təhsil naziri Mikayıl Cabbarov isə İKT savadlılığının vacibliyindən söz açıb. Bu baxımdan bütün sahələrdə müasirləşmə konsepsiyasının irəli sürüldüyünü deyən nazir təhsil və İKT yanaşmasının vacib istiqamət olduğunu diqqətə çatdırıb. İnkişaf etmiş ölkələrin təcrübəsində təhsilin əsas yer aldığını deyən nazir konsepsiyada biliklər iqtisadiyyatına keçidin təhsil sisteminin kökündən dəyişdirilməsinin zəruriliyini qeyd edib. M.Cabbarov təhsilin informasiyalaşdırılmasının bundan sonda da davam etdiriləcəyini bildirib.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev həyata keçirilən İKT əsaslı layihələrdən söz açıb. “İKT ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə İKT-nin inkişafına yönəlmiş elmi tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşməsi üzrə müsabiqələrin keçirildiyini deyən E.Babayevin sözlərinə görə, birgə müsabiqədə 29 qalib layihə  müəyyənləşdirilib.
 
Tədbirdə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqələrinin qaliblərinə sertifikatlar təqdim edilib. Həmçinin ilk milli peykin layihələndirilməsi, hazırlanması, orbitə buraxılması, istismarı, eyni zamanda “İKT ili” ərzində göstərdikləri xidmətə görə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə bu sahədə çalışan bir sıra əməkdaşlar Fəxri fərmanlarla təltif ediliblər. Tədbirin sonunda konfrans iştirakçıları adından prezident İlham Əliyevə ünvanlanmış müraciət oxunub (ictnews)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013

Əli Abbasov yüksəksürətli genişzolaqlı interneti təmin edəcək 103 milyonluq layihədən danışdı

16-01-2013

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014

“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013

Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

24-04-2014

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

30-08-2013

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

21-01-2013

Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

14-03-2014

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009

Azərbaycanla Belarus arasında İKT üzrə əməkdaşlıq haqqında sənəd imzalanıb

13-11-2008

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

Bu ilin fevralında Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

21-01-2013

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013

“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib

18-04-2014

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008

RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

29-10-2009

Gürcüstanla sərhədboyu ərazilərdə rəqəmli televiziya və FM radio kanallarının yayımı ilə bağlı protokol imzalandı

29-07-2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclasında hansı məsələlər müzakirə olundu?

27-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə