Azerfon TeleManagement Forumuna daxil olan ilk Azərbaycan şirkəti oldu. 195 ölkənin 700-dən artıq korporativ üzvü birləşdirən TM Forum şirkətlərin iş səmərəliliyinin təkmilləşdirilməsinə yönlənmiş dünyanın aparıcı peşəkar assosiasiyasıdır. Forum rəqəmsal xidmətlərin yaradılması və çatdırılması yolunun dəyişdirilməsi üzrə praktik həllər, tövsiyələr və qabaqcıl idarəçilik təcrübəsini təmin edir.
Box.az rəsmi blogundan yeni xidmətini tanıdıb. Bu Box.az-ın yeniliklər silsiləsindən olan növbəti addımdır. Kim? profayl paylaşma xidməti sizə foto və şəxsi məlumatlarınızı digər internet istifadəçiləri ilə paylaşmaq imkanı verir.
Nokianın yeni Nokia C7 modeli təqdim olunub. Symbian-3 əməliyyat sisteminə sahib olacağı iddia edilən telefonun digər detalları isə belədir - Symbian-3 - Avtomatik fokuslamalı və cüt led flaşlı 8 MP kamera - Üz tanıma - 3.5 düyümlük ekran - Çoxlu toxunmadıqekran dəstəyi - Stereo dinamik - GPS, Wi-Fi, HSPA
Azərbaycan Sənaye Bankı (ASB) “Xalq kompüteri” layihəsinin maliyyələşdirilməsi məqsədilə layihənin operatoru BestComp Group şirkəti ilə əməkdaşlığa başlayıb. “Xalq kompüteri”nə dəstək çərçivəsində ilkin maliyyə vəsaitləri artıq şirkətə təqdim olunub. Bu barədə ASB-nin məlumatında bildirilir.
Azərbaycanın CDMA-operatoru Catel şirkəti yeni baza stansiyası quraşdırıb. Gürgən qəsəbəsindəki mayakda quraşdırılmış yeni stansiyanın əhatə zonasına Zirə, Türkan, Dübəndi qəsəbələri, eləcə də Pirallahı yarımadası və ətraf ərazilər daxildir.
ABŞ Ordusunda Facebook və başqa sosial şəbəkələri izləyən xüsusi bir qrupun olduğu iddia edildi.
Əslində provayder hər abonentə görə bir ay müddətində, ATS xidmətindən 2 manat civarında istifadə edir,lakin real vəziyyətdə isə 8 manat ödmək məcburiyyətindədir
Bugün Futbol üzrə Dünya Çempionatı start götürür. 1 ay müddətində bütün dünyanın diqqəti CAR-da olacaq. Ölkəmizdə də futbol bayramına maraq yüksək səviyyədədir. Azərbaycanda Dünya Çempionatını Lider TV yayımlayacaq. İyunun 11-də başlayacaq Dünya Çempionatının 64 oyununun hamısı canlı göstəriləcək.
"Əgər bloqqerlər jurnalist fəaliyyəti ilə məşğul olurlarsa, jurnalistlərdir. Çünki bir çox bloqqerlər var ki, onlar ciddi məsələlərdən yazmırlar, informasiya, məlumat yazmırlar. Yəni, jurnalist bloqqer ola bilər, amma hər bloqqer jurnalist ola bilməz. ABŞ-da bloqqerlərin jurnalist olub olmamaqları barədə debatlar artıq köhnəlib. İndi ABŞ-da «twitter»çilərin jurnalist olub olmamaqları barədə müzakirələr aparılır."
Bu gün Bakıda Azərbaycanın www.b2b.az elektron ticarət portalının təqdimat mərasimi keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə dəstəyi ilə yaradılmış portalın məqsədi respublikada elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir.
Maraqla gözlənilən FİFA 2011-in yeni görüntüləri yayımlanıb. EA Sport hazırladığı yeni versiyanın ilk fotolarını internetdə təqdim edib. FİFA bu versiya ilə itirdiyi nüfuzunu qaytarmağı hədəfləyir. Bunun baş verib verməyəcəyini isə zaman göstərəcək.
Ərizəçilərdən 242 nəfəri internet səhifələrin, 226-sı təqdimat işlərinin, 67-si bloqların hazırlanması üzrə müsabiqədə iştirak edib, 72 nəfər ibtiadi sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparıb.
“Gənc informatiklər” müsabiqəsinin Qafqaz Universitetində final mərasimi keçirilib. Ümumilikdə Sumqayıt şəhərindən, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan 131 nəfər şagird və tələbənin iştirak etdiyi final mərhələsində iştirakçılar öz işlərini Münsiflər Heyəti qarşısında müdafiə ediblər.
Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilir.
“Xalq kompüteri” layihəsi çərçivəsində artıq 7695 kompüter satılıb. Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən keçirili və müəllimlərə 12 aylıq sərfəli kreditlə satışına imkan yaradır. Layihənin ikinci hissəsi 2009-cu ilin 18 noyabr tarixində başlamışdır və komputerləri artıq yalnız məktəb müəllimləri deyil həm də ali təhsil müəssisələrinin müəllimləri əldə edə bilərlər.
Bildiyiniz kimi, Google Analyticsdə Azərbaycan xəritəsi təhrif olunmuşdu. Nəhayət, bugün Google səhvini düzəldib. Ərazilərdə təhrif olsa da, elə çox kiçiltmə yoxdur. Qeyd edık ki, bu xəritə məkan axtarmaq üçün deyil, sadəcə girişləri göstərmək üçündür.
Google’ın doodle yəni logo şəkil yarışmasını 9 yaşındaki bir uşaq qazanıb. Həmin loqo bir nmeçə gün öncə Googlenin ana səhifəsinə yerləşdirilib. El Dorado Springs’dən 9 yaşlı Makenzie Melton’un “Rainforest Habitat” adlı logosu, tam 33.000 müsabiqə əsəri arasından seçilib.
Az.StarNet internet provayderi Mərdəkan və Xırdalanda ADSL xidmətlərini təqdim etməyə başlayıb.Xırdalanda 342, Mərdəkanda isə 454-554 ATSləri vasitəsilə xidmət həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları