Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sahibkarlar və mütəxəssislər üçün yeni imkanlar yaradan Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) fəaliyyətə başlayıb.
Xeberler.az bildirir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, RİTM qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində bilik və bacarıqların artırılmasına, müasir yanaşmaların və beynəlxalq tələblərin öyrənilməsinə xidmət edən rəqəmsal təlim platformasıdır. Platforma qida sahəsində fəaliyyət göstərən sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr, mütəxəssislər və digər maraqlı tərəflər üçün nəzərdə tutulub. İstifadəçilər platforma vasitəsilə müxtəlif mövzularda rəqəmsal təlimlərdən yararlana biləcək, bilik və bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar elektron qaydada rəsmi sertifikat əldə edəcəklər.
Təlim materialları Codex Alimentarius, HACCP, ISO standartları və digər beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanır və mütəmadi olaraq yenilənir. Platformada təqdim olunan videodərslər, təqdimatlar, interaktiv tapşırıqlar, özünüqiymətləndirmə testləri və praktiki nümunələr öyrənmə prosesinin daha əlçatan, çevik və səmərəli təşkilinə imkan yaradır.
RİTM-in əsas məqsədi qida təhlükəsizliyi sahəsində maarifləndirməni gücləndirmək, beynəlxalq tələblərə uyğun bilik və bacarıqları geniş auditoriyaya çatdırmaq, sahibkarlıq subyektlərinin peşəkar inkişafını dəstəkləmək, eləcə də təhlükəsiz qida zəncirinin formalaşmasına töhfə verməkdir. RİTM təlim platformasından qeydiyyatdan keçmək istəyənlər https://ritm.afsi.gov.az/ saytına keçid edə bilərlər. Tanıtım videosuna keçid: https://www.youtube.com/watch?v=GToAMcLMQeM
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları