İnternet məkanında Azərbaycanın virtual bələdçisi kimi tanınan “azerbaijans.com” saytı yenilənməkdə davam edir. Hal-hazırda saytın “Cizgi filmləri” bölməsi yenilənməkdədir. Saytın redaksiyasından verilən məlumata görə, bu dəfəki yenilənmədə “Cizgi filmləri” bölməsinin “Filmlər” linkinə 65-dən artıq cizgi filmi yerləşdirilib.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam verib.
"Prodemos” və “Anti-korrupsiya tədqiqatları mərkəzi” QHT-ları Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə rusum.az veb-portalının yeni versiyasını buraxıblar. Yenilənən portal artıq daha funksional və operativdir.
Aktiv-ol internet provayderi (FTTB texnologiyaları platformasında genişzolaqlı İnternet xidmət göstərir) on-line ödəniş sisteminə qoşulub. Bu barədə AzeriCard Prosessinq Mərkəzi məlumat verib.
Azercell Telekom MMC jurnalistlərin təşəbbüsünə cavab olaraq “Mediacell” internet paketini istifadəyə verir. Bu tarif paketinə əsasən Mediacell ailəsi üzvlərinə 1Gb-lıq internet paketi hədiyyə olunur. Martın 2-dən etibarən bütün Mediacell abonentləri 1Gb-lıq paketdən pulsuz yararlana biləcəklər.
Azərbaycan elektron hökumətin inkişaf səviyyəsinə görə 193 ölkə arasında 96-cı yeri tutub. Bu barədə BMT-nin illik "United Nations E-Government Survey 2012": E-Government for the People hesabatında deyilir.
Facebakersin (http://www.socialbakers.com/facebook-statistics/) versiyasına görə, Azərbaycanda Facebook istifadəçilərinin sayı cari ilin yanvarın 18-dən 98.2 min nəfər artaraq 702.4 min (13.98%) nəfər olub. Son 6 ayda artım 230 min 180 nəfər (48.74%) təşkil edib. Bununla da, Azərbaycan Facebook istifadəçilərinin sayına görə reytinq cədvəlində 91-ci pillədən 87-ci pilləyə qalxıb.
Ədliyyə Nazirliyi (http://www.justice.gov.az/) göstərilən elektron xidmətlərin siyahısını genişləndirib. Belə ki, bundan sonra nigaha daxil olmağı arzu edənlərin ZAQS-a müraciət etməyinə ehtiyac qalmayacaq.
“Azerkosmos” MMC orbitə çıxış və yer səthinin zondla tətqiq edilməsi üçün aşağı orbital peykin sığortasına hazırlıq məqsədilə tender élan edib.
«Azərbaycan Dəmir Yolları» QSC-i «AzeriCard» Prosessinq mərkəzinin elektron ödəmə sisteminə qoşulub. «AzeriCard»ın verdiyi məlumata görə, online-ödəniş sistemi elektron bank kartları olan VİSA, VİSA Electron, MasterCard və Maestro istifadə etməklə sərnişinlərə qatar biletlərini onlayn rejimində almağa imkan yaradacaq.
İnsanların kütləvi yığışdıqları paytaxtın mərkəzi küçələrində təxminən 100 ədəd internet taksofonun quraşdırılması planlaşdırılır. İnternet-taksofonların əsasən “Avrovizion” musiqi yarışmasının keçiriləcəyi “Baku Crystal Hall”a yaxın olması nəzərə alınıb.
Əmlak Məsələləri Dövlət Komitəsində Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilib. Məqsəd layihənin həyata keçirilməsində maraqlı tərəflər, o cümlədən dövlət qurumları, bələdiyyələr, təşkilatlar və vətəndaşlar arasında layihə barədə ictimai məlumatlandırmanı təmin etməkdir.
“Bu il Bakcell abonentlərinə Bakı metropoliteni stansiyalarında yüksəksürətli mobil internet (3G) imkanlarından istifadə etməyə imkan yaradacaq”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Onlayn laboratoriyanın təqdimatı olub
Bundan sonra SAZZ Bakı, Sumqayıt, Xırdalan şəhərlərində, o cümlədən Mərdəkan, Şağan, Şüvəlan, Qala, Buzovna, Nardaran,Hövsan, Novxanı, Bİnəqədi, Sahil, Saray və Masazır qəsəbələrində xidmeti göstərəcək
Eurovision Mahnı Müsabiqəsi 2012 ilə bağlı müxtəlif internet saytları, eləcə də facebook, twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı tədbirlər görüləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları