Previous Next
Bağla

Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub

25-10-2024 11:07
Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə  bağlı brifinq təşkil olunub

24 oktyabrda bir sıra xarici ölkələrin Cenevrədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları üçün brifinq təşkil olunub.

Xeberler.az bildirir ki, brifinq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı keçirilib.

Brifinqə Cenevrədə fəaliyyət göstərən 30-a yaxın diplomatik missiyadan nümayəndə qatılıb.

Tədbir zamanı BTİ Baş katibinin müavini Tomas Lamanauskas, ölkəmizin Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov, RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov çıxış edərək adıçəkilən təşəbbüsün əhəmiyyəti barədə brifinq iştirakçılarını məlumatlandırıblar.

Tədbirdə, həmçinin təşəbbüs və bu çərçivədə keçiriləcək yüksəksəviyyəli tədbirə
hazırlıq prosesinin gedişatı, planlaşdırılan işlər və qarşıda duran məsələ və prioritetlərə dair təqdimat olub.

Brifinq zamanı iqlim fəaliyyəti və davamlılığın artırılması naminə rəqəmsallaşmanın transformativ potensialından istifadə etmək üçün birgə səylərin vacibliyi vurğulanıb. Bildirilib ki, COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda Rəqəmsallaşma Günü keçiriləcək. Bu, öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verəcək və bu istiqamətdə birgə fəaliyyəti təşviq edəcək.

Həmin gün Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək və yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacaq.

Sonda brifinqə qatılan diplomatlar bu mühüm təşəbbüsü dəstəkləməyə, yüksəksəviyyəli tədbirə və bəyannaməyə qoşulmağa dəvət olunublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11-11-2024

BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

16-11-2024

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub

16-11-2024

COP29 çərçivəsində Rəqəmsallaşma Günü keçirilib

16-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa keçiriləcək

06-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

14-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

16-11-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb

04-11-2024

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

14-11-2024

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

Aİ Komissiyası: "Rəqəmsal texnologiyalar biomüxtəliflik itkisini azaldılmasını sürətləndirə bilər"

16-11-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa keçiriləcək

07-11-2024

Yaşıl və rəqəmsal bacarıqlara dair uşaqlara sərmayə qoymaq vacibdir

18-11-2024

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masa keçiriləcək

08-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə