"Facebook"da virus dolaşır

25-04-2011

Facebook sosial şəbəkəsində virus dolaşmaqdadır. Belə ki, dost siyahısında olan istifadəçidən “..., facebookuma çok bakma yakaladım seni su sitede buldum” məzmunlu məktub gəlir və sonra “@ http://x.co/WnE6?26663” linki göstərilir.

Mozilla: Firefox 4 brauzeri ay ərzində 100 milyon dəfə yüklənib

25-04-2011

Mozilla şirkətinin məlumatına əsasən Firefox 4 brauzeri təqdimatdan bir ay sonra internet istifadəçiləri tərəfindən 100 milyon dəfə yüklənilib.


"Apple" "Google"-dan əvvəl musiqi servisi açır

24-04-2011

"Apple"-ın musiqi servisi, "Google"-un eyni lahiyəsindən qabaq qazanc gətirəcəkdir, hər iki şirkətdən məlumatı olan anonim mənbəyə istinadən "Röyters" xəbər verir.

“Youtube” yeni dəyişikliklərə başlayıb

22-04-2011

YouTube yeni yüklənən videoları TML5 ilə istifadə edilməsi nəzərdə tutulan WebM formasına çevirməyə başlayıb.


Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb

22-04-2011

İnternet məkanında IPv4 ünvanlarının faktiki olaraq bitmək üzrə olması bir çoxlarının diqqət mərkəzindən qaçmayıb. Bəziləri İP protokolunun yeni versiyasına keçməyə çalışır, bəziləri isə bitməkdə olan IPv4 ünvanlarının üzərində öz şəxsi bizneslərini yaradırlar.

Azərbaycan interneti qismən-azad ölkələr arasındadı

20-04-2011

Freedom House təşkilatının 410 səhifəlik internet azadlığı hesabatı bütün dünya ölkələrini əhatə edir və BMT-nin sifarişi ilə hazırlanıb. Hesabata görə, Azərbaycan internetə çıxış imkanlarının hökumətin əlində saxlayan dövlətlər siyahısındadır.


“Skolkovo” - innovasiyalar şəhəri

20-04-2011

Müasir dövrdə müxtəlif fəaliyyət sahələrində, o cümlədən informasiya texnologiyaları (İT) sferasında innovativ fəaliyyətin inkişafı istənilən ölkə siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə dünyanın əksər ölkələrində yeni texnologiyaların işlənilməsi və kommersiyalaşdırılması üzrə ultramüasir elmi-texnoloji komplekslərin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür, silsilə layihələr həyata keçirilir, bu layihələrə İT sahəsində aparıcı şirkətlərin cəlb edilməsi üçün əməkdaşlıq əlaqələri qurulur, elm və İT-in innovativ inkişafına xidmət edən müxtəlif sənəd və müqavilələr imzalanır.

“Facebook” ən böyük türk səhifəsini bağladı

20-04-2011

Sayt rəhbərliyi bu barədə hər hansı bir açıqlama verməyib Sosial şəbəkə saytı “Facebook”un ən böyük türk səhifəsi olan “Türk Bayrağı” sayt rəhbərliyi tərəfindən bağlanıb. “Facebook” rəsmiləri səhifənin bağlanması barədə hər hansı bir açıqlama verməyib. Səhifənin yaradıcısı Üfüq Erbil bu səhifənin Türkiyə və bu ölkənin 81 vilayəti barədə məlumatlarla təchiz edildiyini


"Yahoo!"dan istifadə edirsiniz? Sizi izləyirlər

20-04-2011

İnternetin ən iri axtarış-poçt portallarından biri olan "Yahoo!" korporasiyası istifadəçiləri barədə məlumatları 90 gün saxlayırdısa, indi mövqeyini dəyişib. Korporasiya rəhbərliyinin son qərarına görə, məlumatların saxlanma müddəti 18 aya qədər artırılıb. Həmin məlumatlar arasında istifadəçilərin "Yahoo!" vasitəsilə axtardıqları sözlər xüsusi yer tutur. "Yahoo!" bildirir ki, dəyişikliklər

Microsoftun data-mərkəzlər üzrə direktoru Apple şirkətinə keçib

18-04-2011

Apple şirkəti Microsoft korporasiyasının data-mərkəzlər üzrə direktoru Kevin Timmonsu öz sıralarına cəlb edə bilib. Menecerin Microsoft-u tərk etməsi rəsmi təsdiqlənib. K. Timmonsun yeni iş yerində hansı vəzifəni icra edəcəyi hələ bildirilmir. 2010-cu ilin sonunda Apple şirkətinin data-mərkəzlər üzrə direktoru Olivye Sanş vəfat etmişdir. Ehtimal var ki, K. Timmons məhz onu əvəz edəcək, lakin bəzi mənbələrin


“Freedom House”: “Azərbaycanda internet senzurası hökm sürür”

18-04-2011

Freedom House” yeni hesabat yayıb; quruma görə, yüksək qiymətlər də İnternetə çıxışa əsas maneələr sırasındadır... Vaşinqtonda yerləşən “Freedom House” təşkilatı dünyanın müxtəlif ölkələrində İnternet azadlığı ilə bağlı təhqiqat aparıb və aşkar edib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda onlayn azadlığa təhlükələr artır. “Azərbaycanda İnternetdən istifadə son illərdə sıçrayışla irəliləsə də, hakimiyyət bu vasitə üzərinə nəzarəti gücləndirməyə çalışıb. Buna baxmayaraq, İnternet

Catel istehlakçıların hüquqlarını pozur

18-04-2011

Aprelin 1-dən etibarən CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. “Yeni Müsavat”a müraciət edən şirkət abunəçilərinin sözlərinə görə, bir müddətdir ki, öz telefonlarından istifadə edə bilmirlər: “CATEL-in rəsmi satış yerlərinə gedib telefonu geri qaytarmaq istəsək də götürmürlər. Şirkətə də zəng edirik, deyirlər bu gün, ya da sabah işləyəcək


YouTube-un tarixində yeni rekord

17-04-2011

Gənc kanadalı Castin Biberin "Baby" adlı sadə mahnısına çəkilmiş videoklip Youtube-un tarixində yeni rekorda imza atıb. Bu klipə videohostinqin servisində indiyədək 500 milyon dəfə baxılıb.

"Google" bu ilin birinci rübündə nə qədər gəlir əldə edib?

15-04-2011

Dünyanın ən iri internet şirkəti “Google”nin 2011-ci ilin birinci rübü ərzində əldə etdiyi təmiz mənfəət 2,3 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin həmin dövrdəki göstəricidən 18 faiz çoxdur.


İnformasiya texnologiyalarının inkişafı üzrə reytinq cədvəli

15-04-2011

Dünya İqtisadi Forumu 2010-2011-ci illərdə informasiya texnologiyalarının inkişafı üzrə yeni reytinqi açıqlayıb.

Microsoft «İnternet Explorer 10 »-nun ilk versiyasını təqdim edib

15-04-2011

“Microsoft” korporasiyası “İnternet Explorer 10” brauzerinin ilk testləşdirilmiş versiyasını buraxıb. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. «İnternet Explorer 10»-nun işlənib hazırlanmasına brauzerin 9-cu versiyasının istifadəsindən bir ay sonra start verilmişdi.


Dünyanın ən böyük internet-kataloqu

15-04-2011

İordaniyada MEGA-Jordan adlı dünyanın ən böyük-qədim abidələrin internet-kataloqu hazırlanıb. Bu barədə itv.az “Associated Press”-ə istinadən xəbər verir.

Facebook-da hər şeyi like etməyin

14-04-2011

Facebook sosial şəbəkəsində hər önünüzə çıxan faylı like (bəyənmək) etməyin. Çünki bu şəbəkədəki “auto like” (avtomatik bəyən) xüsusiyyəti sizi pis vəziyyətdə qoya bilər. “Auto like”ın funksiyası istifadəçinin istəmədiyi halda kliklədiyi hər hansı bir videonu onun profilində paylaşılmasına xidmət edir. Bəs bu necə baş verir? Bunun üçün veb səhifələrə (web page) xüsusi kodlar əlavə olunur. İstifadəçi bu səhifələrə daxil olduqda və hər hansı bir faylı kliklədikdə “auto like” aktivləşir. Nəticədə xüsusi kodlar sayəsində həmin fayl “Facebook” səhifənizə istiqamətləndirilir və profilinizdə dostlarınızla






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə