Previous Next
Bağla

“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

10-10-2024 10:59
“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

“PashaPay” MMC və “Azəriqaz” İB onlayn xidmətlərin göstərilməsi istiqamətində birgə əməkdaşlıq edəcək.

Xeberler.az məlumat verir ki, “INMerge İnnovasiya Sammiti” çərçivəsində “PashaPay” MMC ilə “Azəriqaz” İB arasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, “Azəriqaz” tərəfindən vətəndaşlara və hüquqi şəxslərə göstərilən bəzi xidmətlərin “m10” mobil tətbiqində rəqəmsallaşdırılması həyata keçiriləcək. Layihə çərçivəsində “m10” mobil tətbiqində “Azəriqaz” müştərilərinin şəxsi kabinetinin yaradılması, onlayn xidmətlərin göstərilməsi (ərizə və müraciət qəbulu, arayış verilməsi və s.), ödəniş təcrübəsinin yaxşılaşdırılması, eləcə də ödənişlərin stimullaşdırılması kimi müxtəlif yeni alətlərin tətbiqi nəzərdə tutulur.

Habelə qaz təchizatı xidmətinə görə müvafiq haqların ödənilməsi zamanı yarana biləcək sual, şikayətlərin dövlət və özəl tərəfdaşlığı çərçivəsində cavablandırılması və həll edilməsi də diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq, həmçinin müştərilərə “m10” mobil tətbiqinin operatoru “PashaPay” MMC-nin aid olduğu ekosistem daxilində təqdim edilən xidmətlərə əlçatanlığını da artırmış olacaq. Bununla da ekosistemin təqdim etdiyi geniş imkanlardan yararlanmağa imkan yaranacaq.

Qeyd edək ki, bu əməkdaşlıq “Azəriqaz” İB tərəfindən həyata keçirilən geniş rəqəmsallaşdırma proqramının tərkib hissəsidir və müasir innovativ həllərdən istifadə etməklə abonentlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

PashaPay - Azərbaycanın fintech sahəsinə yeni oyunçu gəlir

01-07-2022

Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verilib

27-11-2025

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025

Metro və avtobuslarında QR ilə ödəniş etmək mümkün olacaq.

29-02-2024

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Azəriqaz İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

01-08-2018

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015

"Azəriqaz": Sayğaclarda yaranmış problemin həlli üzrə işlər aparılır

02-01-2026

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022

ASAN xidmət-də qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanıb

12-01-2016

Səyyar ASAN xidmət davam edir

05-03-2019

Səyyar ASAN xidmət davam edir

10-06-2019

Səyyar ASAN xidmət davam edir

18-02-2019

Səyyar ASAN xidmət davam edir

31-01-2019

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

Səyyar ASAN xidmət davam edir

22-04-2019

Səyyar ASAN xidmət davam edir

13-05-2019

Səyyar ASAN xidmət davam edir

15-04-2019

Səyyar ASAN xidmət davam edir

26-03-2019

Mərkəzi Bank ilə “UnionPay” arasında Memorandum imzalanıb

30-01-2026

Səyyar ASAN xidmət davam edir

29-04-2019

Səyyar ASAN xidmət davam edir

03-06-2019

Səyyar ASAN xidmət davam edir

17-06-2019

Səyyar ASAN xidmət fəaliyyətini davam etdirir

08-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə