Previous Next
Bağla

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024 12:22
Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

Azercell Stevie Beynəlxalq Biznes Mükafatları tərəfindən “İlin Texnoloji Yeniliyi” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” nominasıyaları üzrə qalib seçilib

“Azercell Telekom” MMC-nin nailiyyətləri Stevie Beynəlxalq Biznes Mükafatlarının (IBAs) münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Lider mobil operator ölkədə süni intellekt əsasında çalışan ilk Azərbaycan dilli Virtual Assistent xidməti - “Aicell”in tətbiqinə görə “İlin texnoloji yeniliyi” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.

Bundan əlavə, Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası “İlin korporativ sosial məsuliyyət proqramı” seçilməklə Qızıl mükafatçılar sırasında yer alıb.

Xatırladaq ki, Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell” abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirir, bununla da qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.

“Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub.

Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub.

Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Kampaniya dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Qeyd edək ki, dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan Stevie innovasiya, liderlik, müştəri xidməti, marketinq və insan qaynaqları kimi sahələrdə fərqlənən qurumları təltif edir və dünya üzrə 200-dən çox peşəkarın iştirak etdiyi ciddi qiymətləndirmə prosesi ilə tanınır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

03-07-2024

“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü

17-01-2024

“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazanıb

10-10-2023

“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı

02-02-2024

500 qız artıq cüdoya başladı

27-06-2023

"Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Qızlara ağ yaraşır” layihəsinə start verir

13-06-2023

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

11-11-2024

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

11-03-2026

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

07-06-2024

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

23-04-2024

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə