Previous Next
Bağla

Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

09-10-2024 14:12
Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır
"Bir neçə ay öncə Azərbaycanın ilk vençur fondunun – Caucasus Venturesin bank hesablarının bağlanılması haqqında yazmışdım".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Mərkəzi Bank müəyyən edib ki, Azərbaycan əsaslı, lakin xaricdə qeydiyyatdan keçən startaplarımıza Fondun yatırımında qanunvericiliyin tələbləri pozulubmuş:
 
"Yəni Fondun xaricdə qərarlaşan startaplarımıza investisiya yatırımı məqsədilə etdiyi valyuta ödənişləri “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların”nın hansısa bəndinə düz gəlməyib. Buna görə də, dövlətin dəstəyilə yaradılan cəmi bircə fondumuz vardı ki, o da məhdudiyyətlə üzləşmişdi".
 
Osman Gündüz bildirib ki, bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı Caucasus Ventures-in təsisçiləri, RİNN, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “PAŞA Holdinq” Mərkəzi Banka müraciət etmişdilər. Ötən ay Mərkəzi Bank adı çəkilən Qaydalara dəyişikliklə bağlı qərar qəbul edib
 
"Dəyişikliyə görə, bir Azərbaycan investoru xarici startapa bir il ərzində cəmi 100 000 dollar investisiya yatıra bilər. Bu məbləğdən çox olarsa valyuta üzrə bank hesabları bloklanacaq. Anlaşılmaz və ağlasığmazdır".
 
Ekspertin sözlərinə görə, son zamanlar açıqlanan qlobal hesabatlarda məhz bu sahədə Azərbaycanda vəziyyətin daha pis olduğu vurğulanırdı. İndi isə investisiya mühiti daha da məhdudlaşdırılıb:
 
Məsələ ondadır ki, bizim bazarlar çox kiçikdir. Staraplarımız ciddi uğurlar üçün, böyümək üçün regional və qlobal bazarlara çıxmağa, daha böyük investisiyalar üçün xaricdə qeydiyyatdan keçməyə çalışırlar. Belə bir zamanda isə özümüzün az sayda investorlarımızın bu tip startaplarımıza investisiya imkanlarını məhdudlaşdırmaq anlaşılmazdır".
 
Osman Gündüz qeyd edib ki, 11 milyonluq vəsaiti olan Caucasus Ventures-ə bu vəsaiti yeni Qaydalara uyğun bir startapa yatırmaq üçün 100 il lazımdır:
 
"Mərkəzi Bank hansı əsasla belə bir məhdudiyyətin qəbul edilməsi haqqında açıqlama verməyib. Bildiyim qədərilə fondun təsisçisi olan İRİA bu məhdudiyyətə ciddi etiraz edib".
 
Qeyd edək ki, Azərbaycan dünya startap reytinqində 100 ölkə arasında 80-ci yerdə, bir neçə gün öncə açıqlanan Qlobal İnnovasiya İndeksində də 133 ölkə arasında 95-ci yerdədir.
 
Ekspert ümid edir ki,  Prezident Administrasiyasında, hökumətdə qərar qəbul edənlər də bunların fərqindədir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

Azərbaycandan xarici startaplar üçün bank hesabından valyutada köçürmələrə icazə verilib

01-10-2024

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

03-09-2025

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

05-06-2023

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

İRİA nə zaman ötən ilin hesabatını verəcək?

13-02-2024

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

20-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə