Bu gün səhər saaatlarında yayılan bir xəbər böyük ajiotaja səbəb olub. Weekly World News portalının yazdığı xəbərə görə, martın 15-də Facebook social şəbəkəsi bağlanacaq. Facebookun bağlanma xəbərini Azərbaycan-dilli portalların əksəriyyəti yayımlayıb. İlk yayımlayan isə saat 15.14-də XEBERLER.AZ portalı olub. Bu xəbərin həqiqəti əks etdirmədiyi, Weekly World News-un sarı mətbuat olduğu haqda ətraflı məlumat saat 15.42-də yəni bu xəbərdən 28 dəqiqə portalımızda olub.
\"Weekly World News\" əksər hallarda şayiə və \"qəribə, şok\" xəbərlər dərc edən qəzet kimi tanınırdı. 1979-cu ildə yaradılmış bu qəzet 2007-ci ilədək sırf \"sarı\" tabloid formatında olub və əsasın ABŞ-dakı supermarketlərdə satılıb. Qəzetin sevimli mövzuları \"yarı insan, yarı yarasa adamlar\", \"yadplanetlilərlə görüş\"lər, \"ölümündən sonra dirilmiş Elvis Presli\" ilə müsahibələr, habelə ABŞ-ın banilərinin \"homoseksuallığı\" barədə \"araşdırma\"lar idi. Son illərdə cəmi 80 min tirajla satılan qəzet bağlanandan sonra onun internetdə saytı qalıb.
Facebook martın 15-də fəaliyyətini dayandırır! Mark Tsukerbergin bu açıqlaması hamını şoka saldı!XEBERLER.AZ-ın Weekly News qəzetinə istinadən xəbər verir ki, istifadəçi sayına görə (540.000.000) dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook martın 15-də rəsmi olaraq fəaliyyətini dayandıracaq.Bu barədə açıqlama verən sayt yaradıcısı Mark Tsukerberq artıq şəbəkənin idarəolunmaz olduğunu söyləyib.Öz ofisində keçirdiyi mətbuat konfransında sayt yaradıcısı
Belə ki, sosial internet şəbəkəsi 2009-cu ilin ortalarında ekspertlər tərəfindən 10 milyarddan 50 milyard dollara kimi qiymətləndirilirdi. 2010-cu ilin isə ancaq 3 rübündə dünyanın ən gənc zəngini tərəfindən yaradılan \"Facebook”un gəliri 1,2 milyard dollar, təmiz gəliri isə 355 milyon dollar təşkil edib. \"The Wall Street Journal”ın yazdığına görə, bütün bunlar şəbəkə yaradıcısı və onun ətarfında olanları açıq səhmdar cəmiyyət yaratmağa şirnikləndirir.
İnternet yalnız azad və sərbəst bir məkan deyil, onun vasitəsilə siyasətçilər rəqiblərini izləyir, ictimai fikirə təsir edir. Bununla bağlı bir qrup ekspert araşdırma aparıb. Həmin araşdırma ilə bağlı «The Sunday Times» qəzetində dərc edilən materialda qeyd olunur ki, Facebook və Twitter kimi sosial şəbəkələr heç bir senzura olmadan maraqlı dairələrin öz istəklərinə çatmasına imkan yaradır. Ekspertlər belə bir misal də gətirirlər ki, 2009-cu ildə İranda prezident seçkilərindən sonra etiraz kampaniyası
Yaxın aylarda Azərbaycandakı vergi ödəyiciləri fəaliyyətlərini dayandırıb-bərpa etmələri barədə vergi orqanlarını İnternet vasitəsilə xəbərdar edə biləcəklər.
Düzünü desəm mənim özümdə sosial şəbəkələrdən çox geniş istifadə edən birisiyəm. Əsasəndə facebook və twitterdən çox geniş istifadə edirəm. Amma bununla da qalmayaraq mən anlayıram ki, bu şəbəkələr insanda xəstəlik yaradır. Sözün hə qiqi mənasında. Mən artıq bu xəstəliyə yoluxmuşam desəm yalan olmaz. Demək olarki bütün günüm sosial şəbəkələrdə, əsasəndə müzakirələrdə keçir. Artıq unutmuşamda ki, universitet tələbəsiyəm və qarşıdan qış semestri imtahanları gəlir . Hər dəfə özüm-özümə söz verirəm ki, artıq qurtardı. Daha internetə girməyəcəm, ancaq və ancaq dərslərlə məşqul olacam.
comScore analitik şirkəti internet istifadəçilər arasında populyar olan saytların reytinq cədvəlini tərtib edib.
Məşhur timegenie.com saytında Azərbaycanla bağlı kobud saxtakarlığa yol verilib. Dünyanın müxtəlif nöqtələri haqda ən geniş məlumatların yer aldığı saytlardan olan bu resursda Dağlıq Qarabağ "müstəqil dövlət" kimi göstərilib. Saytda qondarma «DQR» Azərbaycan, Tacikistan, Rusiya və digərlərilə yanaşı, «Avrasiyanın müstəqil dövlətləri»ndən biri kimi təqdim olunur. Timegenie.com saytında ərazi bütövlüyümüzün təhrif edilməsindən
Ötən il Azərbaycanda internet resursu hazırlayan bələdiyyələrin sayı 42-yə çatıb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən verilən məlumata görə, bunların 2-si yerli orqanların öz vəsaitləri hesabına, 5-i isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir. Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb
Bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq
Cənubi Koreyada 30-a yaxın yumurtaşəkilli robotlar orta məktəbdə ingilis dili dərsini tədris edirlər.Koreyanın Elm və Texnologiya Institutu tərəfindən hazırlanan “Engkey” adlı robotlarda xüsusi monitor vasitəsilə avtomat müəllimənin üzünü izləmək mümkündür.
Facebook sosial şəbəkəsi hələ 2008-ci ildə Twitter mikrobloqunu almağa cəhd edibmiş. «Financial Times»ın xəbərinə görə, bunun üçün Facebook rəhbərliyi o zaman qarşı tərəfə 500 milyon dollar təklif etsə də, təklif qəbul olunmayıb
Xəbər verdiyimiz kimi Sosial Bloq Yazıları Müsabiqəsi -3-ə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər yazılarını öz bloqlarında və ya sosium.com saytına yerləşdirə bilərlər. Müsabiqədə dekabr və yanvar aylarında yazılmış bloq yazılar iştirak edə bilər. Yazıların son daxil etmə tarixi: 14 yanvar, saat 23:00-dır. Bloq postlarınızı müsabiqəyə bu link vasitəsi ilə daxil edə bilərsiniz: http://sosium.com/musabiqe/daxilet/
450 milyon internet istifadəçisinin olduğu Çində Skype da Facebook və Twitter ilə birlikdə qadağan olunan saytlar siyahısına düşüb. Ölkədə icazəsiz fəaliyyət göstərən internet telefon xidmətlərinin bağlanılacağını açıqlanıb. Hazırda Çində qanuni olaraq iki dövlət şirkəti, Çin Telecom və Çin Unicom xidmət edir.
Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin baş katibi və “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Rauf Mərdiyevdir. - Rauf bəy, “Irəli” İctimai Birliyində İnformasiya Texnologiyaları (İT) sahəsində nə kimi yeniliklər gözlənilir? - Bildiyiniz kimi, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə “İrəli”nin İnformasiya Texnologiyalar departamenti tərəfindən həyata keçirilib. Biz daim bu məsələni diqqətdə saxlayırıq. 2010-cu ildə də “WEBLOG” adlı təlimlərə başlamışıq.
Xeberler.az portalının Rabitə və İnformasiya Nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanda domen adını qeydiyyatdan keçirmək üçün ilk olaraq, ərizə formasını hazırlayıb (http://www.nt.az/reg.txt), [email protected] elektron ünvanına göndərmək tələb olunur.
"ComScore" analitik şirkəti internet istifadəçilər arasında populyar olan saytların reytinq cədvəlini tərtib edib. Mütəxəssislər bildirirlər ki, reytinqin lideri internet nəhəngi Google şirkətidir. Belə ki, "Google" axtarış sisteminin saytlarına son ay ərzində 987 milyon istifadəçi daxil olub. "Microsoft" şirkəti reytinqdə ikinci pilləni tutub. Bu şirkətin saytlarına ay ərzində 874 milyon istifadəçi daxil olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları