Previous Next
Bağla

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024 10:27
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

Sentyabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi-tədqiqat müəssisələrinin rəhbərləri, kitabxana direktorları, elektron xidmətlərə məsul şəxslər, ictimai xadimlər və media nümayəndələrinin geniş tərkibdə iştirak etdiyi tədbirdə MEK-in yeni veb saytı və elektron kitabxanası təqdim edilib.

Tədbiri giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq ölkə başçısının iştirakı ilə 2014 cü il mayın 5-dən etibarən Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verildiyini, artıq bu gündən, eyni zamanda zənginləşdirilmiş elektron kitabxana olaraq da tam fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. MEK-in mükəmməl elektron kitabxanaya doğru təqdirəlayiq addımını yüksək dəyərləndirən Akademiya rəhbəri bu baxımdan elektron kitabxana sahəsində aparılan işlərin birinci mərhələsinin təqdimatının əhəmiyyətini vurğulayıb.

Akademik İsa Həbibbəyli son dörd ay ərzində həyata keçirilən işlər nəticəsində Mərkəzi Elmi Kitabxananın elektron resurslarının həcminin on dəfə artdığını söyləyib. Akademiya rəhbəri son zamanlar kitabxanada həyata keçirilən layihələri yüksək qiymətləndirib, eləcə də ikinövbəli iş rejiminin oxucuların istifadəsi baxımından önəmli hal olduğunu bildirib. Həmçinin bu aydan etibarən fəaliyyətə başlayan MEK-in könüllüləri layihəsinin yeniləşən Akademiyanın tədirəlayiq əlamətlərindən olduğunu bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsinə keçdiyini, o cümlədən AMEA-nın elektron arxivinin yaradılması istiqamətində addımların atıldığını bildirib və yeniləşən Akademiyada Elektron hərəkatla bağlı əhəmiyyətli işlərin görüldüyünü xüsusi vurğulayıb.

Təqdimat mərasimində kitabxananın direktoru dosent Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın yeni veb saytının və zənginləşdirilmiş elektron kitabxananın məqsədləri barəsində geniş məlumat verib. Direktor qeyd edib ki, indiyədək kitabxananın saytında e-kitabxana onlayn istifadə edilsə də, müəyyən texniki qüsurların mövcudluğu elektron xidmətlərin təkmilləşdirilməsinə böyük ehtiyac yaradırdı. Kitabxana istifadəçilərinin tələblərinə uyğun hazırlanan yeni saytda məlumatların sadə və əlçatan formada oxuculara təqdim edildiyini diqqətə çatdıran kitabxana rəhbəri elektron kitabxananın 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərəcəyini bildirib. Beləliklə, dünyanın 80-dən çox nüfuzlu kitabxanalarına da girişin əlçatanlığını xüsusi vurğulayıb.

MEK-in direktoru saytın ana səhifəsində başlıq hissədə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin kitabxana haqqında dəyərli fikrinin, “Kitabxana haqqında”, “Fəaliyyət istiqamətləri”, “E-xidmətlər”, “Media”, “Xidməti məlumatlar”, “Oxucuların nəzərinə” kimi bölmələrinin yer aldığını, o cümlədən MEK tərəfindən reallaşdırılan “Açıq qapı” və “MEK könüllüləri” kimi layihələrin də saytın əsas hissəsində olduğunu diqqətə çatdırıb. Direktor onu da vurğulayıb ki, ilk dəfə olaraq kitabxananın veb saytında yerləşən “İnformasiya” bölməsində süni zəka texnologiyası vasitəsilə MEK-in fəaliyyət istiqamətləri haqqında audiovizual məlumat əldə etmək olar.

“Saytın “E-xidmətlər” bölməsindəki e-kitabxanada e-kitablar, tammətnli məlumat bazaları, avtoreferatlar, jurnallar, rəqəmsal kitabxanalar, xəritələr, yeni daxil olan kitablar, informasiya resurslarımız kimi hissələr mövcuddur. Həmin bölmələrdə dövlətçiliyə, Azərbaycan və dünya elminin inkişafına, mədəniyyət, incəsənət sahəsinə dair materiallar, alimlərin kolleksiyaları, qanun, fərman, sərəncam və digər sənədlərin mətnləri toplanıb, həmçinin “Fotoqalereya” və “Videoqalereya” yaradılıb. Oxucular saytdan dünyanın və Azərbaycanın qabaqcıl kitabxanalarına, məlumat bazalarına keçid edə, patent axtarışı həyata keçirə bilərlər. MEK istifadəçiləri öz oxucu kartlarının nömrələri ilə dünyanın istənilən nöqtəsindən kitabların tam mətnini oxuya bilərlər”,- deyə direktor əlavə edib.

Tədbirdə MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Akademiyanın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, MEK-in elmi katibi Şəbnəm Rüstəmova, Biblioqrafik və elektron xidmətlər şöbəsinin müdiri Aytən Əliyeva çıxış edərək saytın üstünlüklərindən və əhəmiyyətindən danışıb, sayt vasitəsilə Azərbaycan elminin dünya elminə inteqrasiya olunması üçün çox əlverişli imkanların yaradıldığını bildirib, MEK-in elektron kitabxanasının istifadəyə verilməsinin AMEA-da həyata keçirilən elektron hərəkatın davamı olduğunu söyləyiblər.

Sonda yekun sözü ilə çıxış edən akademik İsa Həbibbəyli AMEA-da elektron hərəkatın daha da genişləndirilməsi və təkmilləşdirilməsi, elektron sənəd, elektron arxiv, elektron kitabxana kimi yeni elmi kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

16-07-2025

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə