Previous Next
Bağla

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

26-09-2024 11:42
MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

Mingəçevir Dövlət Universitetində (MDU) mdu.digitaledu.az saytı üzərindən qurulan “DigitalEdu” elektron universitet platforması ilə bağlı “TIM Consulting” şirkəti ilə növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.

Xeberler.az-ın məlumatına görə, MDU-dan bildirilib ki, bu münasibətlə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov “TIM Consulting” şirkətinin rəhbəri Teymur Hacıyev ilə görüşüb. Görüşdə Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev də iştirak edib.

Görüş zamanı MDU-da elektron universitet modelinin qurulması, onun istifadəsi və üstünlükləri ilə bağlı müzakirələr aparılıb. Ü.Zeynalov “DigitalEdu” platformasının müasirləşən MDU-nun inkişafında müstəsna rol oynayacağına və “TIM Consulting” ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

T.Hacıyev region universitetinin rəqəmsallaşma yolundakı irəliləyişini yüksək qiymətləndirib.

Sonda elektron universitet modelinin qurulması ilə bağlı prosesin növbəti mərhələsinə keçid üçün yeni müqavilə imzalanıb.

Qeyd edək ki, MDU ilə “TIM Consulting” arasında “DigitalEdu” elektron universitet platformasının qurulması ilə bağlı ilk əməkdaşlıq müqaviləsi 2022-ci il dekabrın 1-də imzalanıb. Bu müqaviləyə əsasən, 2023-2024-cü tədris ilindən etibarən MDU-da elektron universitet modeli tətbiq edilməkdədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“UniStartup” müsabiqəsinin qalibləri mükafatlandırılıb

25-10-2025

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

“UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

25-08-2025

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

MDU-nun 7 komandası “Beynəlxalq Robot Olimpiadası”nın finalına vəsiqə qazanıb

17-02-2025

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

03-10-2024

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

Azərbaycanın e-universitet modeli təqdim edilib

22-05-2017

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018

AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

25-05-2026

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

Universitetlər Anlaşma Memorandumu imzaladılar

07-03-2024

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

14-02-2025

Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015

E-Universitet layihəsi tələbələrin işini asanlaşdıracaq

25-12-2014

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19-09-2025

Bakı Dövlət Universitetində virtual universitet yaradılır

10-04-2009

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20-08-2024

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə