Oxygen Media Insights Group tərəfindən aparılan araşdırmaya görə, ABŞ-dakı qadınların 57% - dən çoxu, yoldaşları və yaxın ətrafıyla üz-üzə danısmaqdan çox internet vasitəsilə əlaqə üstünlük verirlər. Bu qadınlarıb 39 faizi özlərini "Facebook xəstəsi" adlandırır.
Çində internet istifadəçilərin sayı 420 milyona çatıb. Çin sosial araşdırma mərkəzindən verilən məlumata görə, bu ilin ilk 6 ayında Çində internet istifadəçilərinin sayı 36 milyon artaraq 420 milyona çatıb. İstifadəçilərin sayının artmasında mobil telefonların da böyük rolu olub. 277 milyona yaxın insan internetə mobil telefondan bağlanır.
Ingiltərə onlayn cib telefonu şirkəti "SellMyMobile.com" tərəfindən 1097 nəfər arasında sorğu keçirilib. Nəticədə məlum olub ki, hər 10 nəfərdən birinin sevgilisinə və ya həyat yoldaşına göndərdiyi mesaj səhvən başqa nömrələrə gedir.
İndoneziya porno saytlarla mübarizənin yolunu tapıb. Yaxın aylarda pornoqrafik məzmunlu resursları bloka salması ilə bağlı yerli internet-provayderlərin öhdəlik və məsuliyyətini əks etdirən qanun qüvvəyə minəcək. Rabitə Nazirliyinin rəsmisi Qatot Dyua Broto deyib ki, internet-provayderlər proflaktik tədbirlər görməli və pornoqrafik kontentlə bağlı şikayətlərə operativ reaksiya verməlidirlər:
KATV 1 kabel televiziyası abunəçiləri bugün futbol üzrə Avropa liqasının ikinci təsnifat mərhələsinin matçlarını birbaşa yayımla izləyə biləcəklər.
Yaddaş çipləri istehsal edən “SanDisk” və “Toshiba” şirkətləri birgə müəssisə təsis etdikləri barədə elan ediblər. Birgə müəssisə çərçivəsində tərəflər NAND formatında müasir fləş-yaddaş nümunələri istehsal edəcəklər.
XPRT Ventures şirkəti eBay internet-auksionuna qarşı iddia irəli sürüb. İddiaçı altı patentin qanunsuz istifadəsinə görə 3,8 milyard ABŞ dolları məbləğində cərimə tələb edir. eBay-la bərabər Delaver ştatının dairə məhkəməsinə təqdim olunan iddiada auksionun tabeçiliyində olan PayPal, BillMeLater, Shopping.com və StubHub şirkətləri də cavabdeh kimi qeyd olunur.
Gmail üzərindən həyata keçirilən inanılmaz saxtakarlıq. Saxtakarlığın müəllifi bir ana.
Microsoftun da təsdiqlədiyi bu xəbər hər kəsi şoka saldı. ABŞ mətbuatının yazdığına görə, bir neçə həftə əvvəl FBİ (Federal Təhqiqatlar Bürosu) tərəfindən keçirilən bir əməliyyatla ələ keçərilən və ölkədən deportasiya edilən Rus agentlərdən Aleksey Karetnikovun keçmiş Microsoft işçisi olduğu ortaya çıxıb.
Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom şirkəti, respublikada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Microsoft və HP korporasiyalarının birgə həyata keçirdiyi “Xalq kompüteri” layihəsinə qoşulması barədə elan edib.
Azərbaycanın “Az.StarNet” internet provayder şirkəti xidmət göstərdiyi ərazilərin əhatə dairəsini genişləndirir. Yaxın günlərdə 654/655 nömrəli ATS-lərə internet qoşulması təmin ediləcək.
Video nəhəngi YouTube pul paylayacağı yeni layihəsini və video materialların hazırlanmasına yeni dəstəyini açıqladı.
Sosial şəbəkəsinin çox istifadə edilən və çox qazanc gətirən funksiyalarında biri bağlanır.
Universitet alimlərini təhdid edirlər. Hüquq mühafizə orqanları isə bu hadisə qarşısında heç nə etmir. Səbəb isə çox qəribədi.
Naxçıvan RİTN-dən verilən məlumata görə, bu göstərici son beş il ərzində 2,6 dəfə artıb. Kompüter istifadəçilərinin ümumi sayının 60-70%-i (147668 nəfər) internetdən istifadə edir.
Adobe Systems şirkəti Adobe Flash platformasında üçölçülü funksionalın tətbiqinə başladığını bildirib. Flash-in üçölçülü funksiyalarının ilk qısa versiyaları cari ilin oktyabr ayında hazır olacaq və yeni imkanların ilk kütləvi nümayişinin 23-27 oktyabrda Los-Ancelesdə növbəti Adobe Max 2010 konfransı çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Tədris müəssisələri arasında kommunikasiyaların daha səmərəli təşkili üçün videozəng imkanı yaradan texnologiyalar tətbiq olunur.
Pornoqrafik məzmunlu materiallara giriş və həmin materialların internetdən endirilməsi qadağan olunacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları