Previous Next
Bağla

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024 10:29
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Mayın 29-da Energetika Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

Xeberler.az xəbər verir ki, İşçi qrupun rəhbəri energetika nazirinin müavini Samir Vəliyev müvafiq normativ hüquqi aktlarda mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması üzrə 150 kVt güc həddinin 200 kVt-a artırılmasını Komissiyanın və İşçi qrupun fəaliyyətinin nəticələrindən biri kimi qeyd edib.

Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bu ilin əvvəlindən elektrik şəbəkəsinə qoşulma üzrə sadələşdirilmiş prosedurun (2 prosedur 20 gün ərzində) əhatə dairəsinin genişləndirilməsini xüsusi qeyd edərək bildirib ki, bu iqtisadi təşəbbüs biznes mühitinə geniş və sərfəli imkanlar yaradır. Müvafiq sahədə yeni təşəbbüslərin hazırlanması və həyata keçirilməsində “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun əhəmiyyətli rol oynaması vurğulanıb.

“Azərişıq ASC-nin sədr müavini Ramil Yusifov isə sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının sadələşdirilməsi, qoşulma müddətinin azaldılması, müvafiq sahədə məlumatlandırma və maarifləndirmə istiqamətində səhmdar cəmiyyət tərəfindən görülən işlər, qarşıda duran prioritetlər haqqında danışıb.

İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” üzrə görülmüş işlər haqqında məlumat verilib, icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

 

Həmçinin elektrik şəbəkəsinə qoşulma üzrə aparılan iqtisadi islahatlar nəticəsində yaranan əlverişli imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, dəyişiklik nəticəsində mövcud və ya inşa ediləcək tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması proseduru sadələşib, yəni sahibkar (abonent) öz biznes xərclərini və zamanlamanı daha dəqiq və şəffaf şəkildə təyin edə bilir.

“Azərişıq” ASC-nin “Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nın icrasının nəticələri barədə məruzə dinlənilib. Bildirilib ki, “Azərişıq” ASC-yə məxsus azerishiq.az saytı və Elektron hökumət portalı (E-Gov) üzərindən, həmçinin kiçik və orta biznes evləri, “ASAN Kommunal” mərkəzləri və ya “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarın (abonentin) müraciəti əsasında tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarına əsasən 20 gün ərzində icra edilir.

Bu zaman elektrik enerjisi şəbəkəsinə qoşulma haqqına görə ödəniş Azərbaycan Respublikasinin Tarif Şurasının 3 may 2024-cü il tarixli 4 №-li Qərarına əsasən müəyyən olunur. Həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq müvafiq sahədə göstərilən xidmətlər üzrə vətəndaş məmnunluğunun artırılması, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, eyni zamanda əlverişli biznes və investisiya mühitinin yaradılması, dünya miqyasında respublikamızın mövqelərini də daha da möhkəmləndirilməsi hədəflənir.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri və “Yol Xəritəsi”nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak ediblər.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

31-01-2019

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

18-03-2019

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

27-08-2019

Enerji şəbəkəsinə qoşulmaq üçün ödəniləcək məbləğ açıqlanıb

27-07-2018

Azərişıq: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi

05-04-2019

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

Mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

07-08-2018

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023

Sahibkarlara elektrik şəbəkələrinə elektron qoşulmanın üstünlüklərindən danışılacaq

23-02-2021

Təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub

23-10-2024

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

Sahibkarlar obyektlərinə elektrik verilməsi üçün 400 min manat xərcləyib

10-12-2018

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017

Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu

19-05-2015

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

18-11-2025

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə