Previous Next
Bağla

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

04-06-2024 11:08
Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

Bakıda Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun təşkilatçılığı ilə Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.

Xeberler.az  xəbər verir ki, tədbirdə ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov iştirak edirlər.

İyunun 5-dək davam edəcək konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprdən 30-a yaxın nümayəndə qatılıb.

Tədbir müasir dünyanın çağırışlarına və “Türk Dünyasına Baxış 2040” sənədinin məqsədlərinə uyğun olaraq türk dövlətlərində müasir informasiya texnologiyalarının hüquqi sahədə tətbiqi və istifadəsinin genişləndirilməsi imkanlarının müzakirə edilməsinə yönəlib.

Türk dövlətləri arasında əməkdaşlığın miqyasının genişlənməsi, gələcək inteqrasiya hədəfləri üzrə fəaliyyətlərin güclənməsi, xüsusilə də ölkələrin iqtisadi və mülki qanunvericilik sistemlərinin yaxınlaşdırılması məqsədilə Türkiyə Ədliyyə Akademiyası və Qazaxıstan Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının rektorlarının, Özbəkistan Məhkəmə Hüquq Şurası yanında Ali Hakimlər Məktəbinin direktorunun da iştirakı ilə keçirilən konfrans, türk dövlətlərinin ədliyyə işçilərinin, hakimlərin və prokurorların təlimi ilə məşğul olan qurumların nümayəndələrini, praktiki hüquqşünasları, hüquqşünas alimləri və elm müəssisələrini bir araya gətirib.

Konfransda türk dövlətlərində məhkəmə, eləcə də prokurorluq sistemlərində elektron informasiya texnologiyalarından istifadə, ölkələrin mülki qanunvericiliyinin təhlili və yaxşılaşdırılması, hakim və prokurorların tədrisində elmi tədqiqatların və tədrisin təşkil olunmasında elektron texnologiyaların rolu mövzularında panel sessiyalar və müzakirələr keçiriləcək.

Qeyd edək ki, Türk Ədliyyə Təlimi Şəbəkəsi 2022-ci il dekabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri təmsil edən 11 ixtisaslaşmış tədris qurumu tərəfindən yaradılıb.

Şəbəkənin ilk həmsədri 2023-cü ildə Türkiyə Ədliyyə Akademiyası olub. Ötən il dekabrın 28-də növbəti il üçün həmsədrliyin Azərbaycana verilməsi barədə qərar yekdilliklə qəbul olunub. Hazırda Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi Şəbəkənin 2024-cü il üzrə həmsədrləridir.(Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

02-04-2024

Azərbaycan və Qazaxıstan ədliyyə nazirlərinin görüş baş tutub

20-11-2025

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR..

27-02-2024

ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Ədliyyə Nazirliyindən "Bestcomp Group"a 4,3 milyon manatlıq sifariş

30-08-2023

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

23-06-2022

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

07-05-2026

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

Ədliyyə Nazirliyi blockchain texnologiyasının tətbiqinə hazırlaşır

23-10-2018

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

22-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə