Google, Yahoo! və Microsoft internet istifadəçilərinin hüquqlarını qoruyacaqlar!

30-10-2008

Dünyanın iri İT-şirkətləri Şəbəkədə işləmə qaydalarını tərtib ediblər. Bu qaydalar vasitəsi ilə Google, Yahoo! və Microsoft şirkətləri internetdə söz azadlığını, eləcədə istifadəçiləri şəxsi həyatlarına müdaxilə hallarından qorumaq niyyətindədirlər.

PS3 brauzeri İnternet Explorer 7-dən daha sürətlidir

29-10-2008

Sony Computer Entertainment-in məlumatlarına görə, 2.5 versiyasında JavaScript işləməsi ilə qurulmuş PS3 (Sony playstation 3) brauzeri İnternet Explorer 7-dən sürətlidir. Işçilərin sözlərinə görə, PS3 brauzerində ən çox tələb olunan dəstək Flash 9 idi və buna görə Sony-də Adobe işləmələrinə əsaslanaraq, ayrıca Flash versiyası yaratdılar.


İnternetdə böyük dəyişikliklər olacaq

28-10-2008

“Yaxın bir neçə il ərzində İnternet şəbəkəsində təkamülün növbəti mərhələsinə keçid gözlənilir” – TCP/IP protokolunun yaradıcılarından biri, qlobal şəbəkənin əsasını qoyan Vint Serf bəyan etdi. Stokholmda keçirilən Internetdagarna konfransında əsas məruzəçilərdən biri olan Serfin çıxışı İnternetin gələcək inkişafına həsr olundu.

Yahoo! ABŞ-da yeni məlumat mərkəzi yaradacaq

27-10-2008

Yahoo! internet şirkəti ABŞ-ın Nebraska ştatında yerləşdiriləcək yeni məlumat mərkəzinin təşkil olunmasına 100 milyon ABŞ dolları məbləğinin ayrılması barədə elan edib. 4 il ərzində tikiləcək məlumat mərkəzində 100-dən çox yeni əməkdaşın işləyəcəyi nəzərdə tutulub.


Azərbaycanın tikinti sənayesinə dair internet-portal təqdim olunub

26-10-2008

Azərbaycan tikinti sənayesinə dair Build.az internet-portalının təqdimat mərasimi keçirilib. Təsisçilərinin sözlərinə görə, layihənin əsas ideyası Azərbaycanın tikinti sektoru ilə maraqlanan bütün şəxslərə bu barədə müvafiq məlumatların təqdim olunması ilə bağlıdır.

Internetdə ilk səsli sosial şəbəkə yaradılıb

25-10-2008

Internetdə səsli məlumatlarla təşkil olunan ilk səsli sosial şəbəkə - İnternet Shout yaradılıb. Onun yaradıcısı Kris Ricen, Koventri Britaniya Universitetinin 22 yaşlı tələbəsidir.


Google “Google saytları” xidməti təqdim etdi

24-10-2008

Google şirkəti yeni “Google saytları” xidməti təqdim edib. Xidmətin məqsədi istifadəçilərin informasiyalarla bölüşdüyü yeganə internet məkanını təşkil etməkdir. “Google saytları” köməyi ilə intranet şəbəkəsinə xidmət edən veb-səhifələr yaratmaq olar.

Yahoo Everyday Health-dən kontent lisenziyası aldı

24-10-2008

Bu yaxınlarda Yahoo şirkəti Everyday Health Network kontent-resursları şəbəkəsinin materiallarını lisenziyalaşdırması haqda müqavilə imzaladığını elan edəcək. Bu haqda New York Post etibarlı mənbəyə istinadən xəbər verir.


Gmail for Mobile 2.0 təqdim olunub

24-10-2008

Google şirkəti telefon və smartfonlarda Gmail elektron poçtunun oxunması və məktubların göndərilməsi üçün mobil xidmətin ikinci versiyasını təqdim etdi. Yeni xidmət siqnallar aşağı səviyyəli olduqda belə əvvəlkinə nisbətən yüksək sürətlə işləyir və oflayn rejimdə bəzi funksiyaları yerinə yetirə bilir.

Opera Mobile 9.5 beta 2 versiyası təqdim olunub

21-10-2008

Opera Mobile 9.5 brauzerinin ikinci beta versiyası buraxılıb. Opera Mobile 9.5 stolüstü kompüterlər üçün olan brauzerin sonuncu versiyasının sürgüsü - Opera 9.5 üzərində qurulub. Onun sayəsində bütün yeni veb-standartlar dəstəklənir.


Piratlar öz məşğuliyyətlərindən imtina edə bilərlər

21-10-2008

İnternetdən pirat musiqi yükləyən britaniyalıların 75 faizi bəyan ediblər ki, bu məşğuliyyətdən o zaman imtina edəcəklər ki, bunu onlardan provayder xahiş etsin.

Yahoo! mindən çox əməkdaşını ixtisar edəcək

20-10-2008

The Wall Street Journal nəşrinin verdiyi məlumata əsasən, Yahoo! şirkəti mindən çox əməkdaşını ixtisar edəcək. Bu addım, xərclərin azalması üçün nəzərdə tutulmuş proqramın bir hissəsidir.


İnternet uşaqlara ziyan vurur

20-10-2008

BBC News-un məlumatına görə, Uşaqların Sərt Davranışdan Milli Müdafiə Cəmiyyətinin tədqiqatları onu göstərir ki (National Society for the Prevention of Cruelty to Children - NSPCC), İnternetdə bəzi şəkillərə baxmaq hər dörd uşaqdan üçünün emosional vəziyyətinin pozulmasına gətirib çıxarır.

pizza.com domen adı 2.6 milyon dollara satılıb

20-10-2008

Kris Klark adlı amerikalı, Sedo hərracında ona məxsus pizza.com domen adını 2.6 milyon dollara satıb.


Azərbaycanda İnternetin keyfiyyətindən razısınızmı?

18-10-2008

“1 News” saytı bu sualla internet istifadəçilərinə müraciət edib. Altı yüz səksən üç nəfərin iştirak etdiyi sorğuda

Google – yenidən dünyanın ən bahalı brendi oldu

17-10-2008

Millward Brown araşdırmalar şirkəti, ardıcıl üç ildi ki, Google-u dünyanın ən populyar brendi kimi tanıyıb.


Firefox 3.1-in beta versiyası yüklənməyə hazırdır

16-10-2008

Firefox 3.1 brauzerinin beta versiyası buraxılıb. Gecko 1.9.1 sürgüsü üzərində təqdim olunmuş bu versiyada daha əvvəl Firefox 3 üçün nəzərdə tutulmuş, lakin hələ hazır olmadıqları üçün brauzerə daxil edilməmiş funksiyalar reallaşıb.

GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.

15-10-2008

Online axtarış sistemləri içərisində güclülərin güclüsü olan GOOGLE-dən daha bir yenilik!!!






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə