İntel şirkəti Netbook.com domenini aldı

14-10-2008

Intel şirkəti yeni Netbook.com adlı domen qeydiyyatdan keçirib. Şirkət baha olmayan portativ kompüterlərə həsr olunmuş portal yaradacaq. Resursa daxil olan zaman istifadəçilər avtomatik olaraq İntelin əsas saytının enerji effektli Atom prosessorları haqda məlumatlar olan səhifəsinə istiqamətləndirilirlər.

Qadağan olunmuş şəhər virtuallaşıb

13-10-2008

Indi Internet istifadəçiləri Pekinin 1000 km uzaqlığında yerləşən Qadağan olunmuş şəhərə baş çəkə bilərlər. 10 oktyabr tarixində İBM şirkəti və Çin hökuməti Beyond Space and Time layihəsi əsasında ölkənin paytaxtında yerləşən məşhur imperator sarayının üçölçülü virtual modelini yaradıblar.


Veb-brauzerlər üçün GooglePreviewIE v.1.4

10-10-2008

GooglePreviewIE –İnternet Explorer veb-brauzerləri üçün nəzərdə tutulub. Google və Yahoo sorğularının nəticələri əks olunan səhifələrdə tambneyllər (kiçik şəkillər) əlavə edən pulsuz düzəlişdir.

Yahoo Calendar xidməti yenilənib

09-10-2008

Yahoo şirkəti Yahoo Calendar onlayn təqvimini yeniləyib. IDG News Service-in məlumatına görə, Yahoo Calendar dünəndən ABŞ, Braziliya, Hindistan, Tayvan və böyük Britaniya istifadəçiləri üçün açıqdır. Təqvim digər regionlarda bir neçə aydan sonra meydana çıxacaq.


Windows XP liderlik edir

09-10-2008

Aparılan tədqiqatlar “Windows XP”-nin ən çox istifadə edilən idarəetmə sistemi olduğunu göstərir.

Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib

08-10-2008

Day.Az-ın Whoİs Milli Domen Qeydiyyat Sisteminə istinadən verdiyi məlumatına görə, hazırda Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib.


Google sərxoş istifadəçilərdən qorunur

08-10-2008

“Klaviatura arxasında oturan sərxoşlardan müdafiə” diqqətsiz məktubların faizini azaldacaq Google şirkəti sərxoş Gmail istifadəçilərinin diqqətsiz məktublarının göndərilməsinin qarşısını almaq üçün müdafiəolunma fikirləşib.

Çin internet-istifadəçilərin sayına görə dünyada birinci yerə çıxıb

07-10-2008

ÇXR İnformasiya Sənayesi Nazirliyinin verdiyi məlumata əsasən, fevralın sonuna ümumdünya şəbəkə abunəçilərinin sayı 211 milyona çatıb.


Gələn ilin aprel ayınadək Azərbaycan ərazisi simsiz İnternetlə tam əhatə olunacaq

07-10-2008

İ.Məmmədovun sözlərinə görə, cari ilin əvvəlindən indiyədək Qəbələ, Ucar və digər rayon və şəhərlərdə optik kabelin çəkilməsi başa çatdırılıb.

Komputer qatlanacaq

06-10-2008

Yapon və alman alimlərinin hazırladıqları qatlana bilən televizor ekranı komputerlərin də qatlanmağını mümkün edəcək.


Apple iTunesi bağlaya bilər

06-10-2008

Apple şirkəti öz iTunes internet-mağazasını bağlaya bilər. Bu, Amerika komitəsinin mağaza sahiblərinə ayrılmış maliyyəni nəzarətdən keçirməsi ilə əlaqədardır. Əgər indi sahiblər hər musiqidən 9,1 sent qazanırlarsa, tariflərə baxıldıqdan sonra bu rəqəm 65 % - 15 sentə qədər arta bilər.


“Pop-up”lar təhlükə törədir

04-10-2008

Bu yaxınlarda aparılan bir araşdırma Pop-upların əhəmiyyətini və onların nə dərəcədə təhlükəli olduğunu ortaya çıxardı.


Amerikalılar tele-verilişlərə İnternet vasitəsilə baxmağı üstün tuturlar

03-10-2008

Heç kəsə sirr deyil ki, amerikalılar praqmatikdirlər. Məhz bu xüsusiyyət hər beş amerikalıdan birini televiziya verilişlərinə kompüter vasitəsilə baxmağa məcbur edir. Bu məlumatları Nyu-Yorkda “Konferens bord” tədqiqat təşkilatı verdi.

Microsoft telefon istehsal etməyəcək.

03-10-2008

Microsoft şirkətinin başçısı Stiv Balmer maraqlı açıqlamalra edib. O. çıxışı zamanı mobil şirkətlərdən Windows Mobile üçün vəsait alınacağını bildirib.


Skype 4.0 proqramının ikinci beta-versiyası buraxılıb

02-10-2008

Oktyabrın 1-dən etibarən Skype 4.0 proqramının ikinci beta versiyası artıq istifadəyə verilib. Internet-telefon praqramının ötən proqramla müqayisədə çox fərqi var. Məsələn, klassik və innovativ Skype interfeysləri arasında seçim etmək olar.

Çinlə ABŞ arasında ilk internet magistral çəkilib

01-10-2008

Verizon pres-relizində xəbər verilir ki, Trans-Pacific Express kabelinin çəkilişi başa çatıb. Yol Sakit okean boyunca salınıb və bu dövlətlər arasında ilk düz magistraldır. Kabelin uzunluğu 18 km, layihənin qiyməti yarım milyard dollardır. Xətdəki maksimal ötürülmə saniyədə 6 terabitdir.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə