Xeberler.az xəbər verir ki, E.Kələntərov bugünədək “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının Proqramlar üzrə direktoru olmaqla bərabər həm də, Wediacorpun Azərbaycanda tam hüquqlu partnyoru və təmsilçisi sayılan WediaAZE şirkətinə rəhbərlik edib. https://wediacorp.com/corporate/
Youtube-un ən çox Məzmun İdarəetmə Sisteminə (Content Management System) malik olan Wediacorp həm də Facebook, İnstagram, Tik-Tok, DailyMotion, Netflix kimi dünya nəhəngləri ilə rəsmi tərəfdaşdır və bu platformalarda məzmun istehsal edən müştərilərinin hüquqlarının qorunmasını, kontent idarəçiliyini həyata keçirir.
Youtube-da şirkətə məxsus 350-ə yaxın kanal mövcuddur ki, bunların ümumi baxış sayı 45 milyarda yaxındır. Ümumilikdə, Wediacorp brendi altında olan kontenlərdə 300 milyon bəyənmə və 100 milyona yaxın şərh mövcuddur. Şirkət Azərbaycanla bərabər Rusiya, Hindistan, Almaniya, ABŞ, Vyetnam və digər ölkələrdə istehsalçılarla çalışır. Həmçinin, Netflix, Free TV, Mobile TV, CJ Entertaiment-in partnyoru qismində dünyaca məşhur film və serialların satışı, alışı, kinoteatrlar və rəqəmsal şəbəkələrdə yayımı ilə məşğuldur.
Türkiyədə və Azərbaycanda 200-dən artıq müğənni və bəstəkarın əsərlərinin Apple Music, Spotyfy, Amazon Music, Deezer, ümumilikdə 160-dan çox musiqi platformalarında hüquqlarını qoruyur.
Azərbaycanda WediaAZE şirkətinin tərəfdaşı olan Wediacorp həmçinin, Dövlət Turizm Agentliyi, Xəzər TV, ARB TV, CBC Sport və digər qurumların rəsmi kanallarını lisenziyalaşdırmaqla bərabər həm də Azərbaycanda rəsmi xidmət göstərmək üçün Youtube tərəfindən verilmiş hüquqa malik yeganə şirkətdir.
Təsisçisi və baş direktoru Funda Demir Şən olan Wediacorp Holdinq Türkiyənin Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri, TRT, Trendyol və digər dövlət qurumları və dünya markalarının bütün sosial şəbəkə hesablarında rəqəmsal hüquqlarının sahibidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri