Nazirlər Kabineti “Kosmik fəaliyyət subyektlərinin Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət Qaydası”nı təsdiqləyib.
Kosmik fəzada həyata keçirilən milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi çərçivəsində kosmik fəaliyyət subyektlərinin Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət aşağıdakı məqsədlərlə həyata keçirilir:
Ətraflı
“Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, o cümlədən kosmik fəaliyyətin prinsiplərinə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq kosmik fəaliyyət subyektləri tərəfindən riayət olunmasının təmin edilməsi;
- kosmik fəzada milli fəaliyyətə texniki nəzarətin həyata keçirilməsi, o cümlədən kosmik uçuşların təhlükəsizliyinin təmin edilməsi;
- Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində sahibkarlığın təşviq edilməsi, möhkəmləndirilməsi və dayanıqlı inkişafının dəstəklənməsi.
Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərin idarə edilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Sahibkar olan kosmik fəaliyyət subyektlərinin reyestrdə qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir.
Kosmik obyektlərin idarə edilməsinə nəzarət çərçivəsində aşağıdakı texniki üsullar tətbiq edilir:
- müşahidə - kosmik obyektin uçuş telemetriyasının izlənilməsi;
- müşayiət - uçuşun nizamlanması məqsədilə kosmik obyektə münasibətdə yerinə yetirilən izləmə, telemetriya və telekomanda əməliyyatlarının icra prosesinə nəzarət edilməsi.
Hər bir kosmik obyektin idarə edilməsinə nəzarət illik əməliyyat planı əsasında qrafik üzrə həyata keçirilir.
Əməliyyat planında aşağıdakı məlumatlar göstərilir:
- nəzarəti həyata keçirilən kosmik fəaliyyət subyektinin adı, VÖEN-i, hüquqi ünvanı və kosmik obyektin idarə edilməsi həyata keçirilən ünvan;
- kosmik fəaliyyət subyektində yerində yoxlama həyata keçirilməsinin başlanma və bitmə tarixi.
Nəzarət kosmik fəaliyyət subyektinin kosmik obyektinin idarə edilməsi həyata keçirildiyi ünvanda və (və ya) distant (kosmik obyektin idarəetmə qurğusuna məsafədən qoşulmaqla) həyata keçirilir.
Nazirliyin nümayəndələrinin kosmik fəaliyyət subyektinin fəaliyyəti həyata keçirildiyi yerlərə gəlməklə apardığı yoxlamalar kosmik fəaliyyət subyektinə münasibətdə Nazirliyin hər il təsdiq etdiyi və özünün rəsmi internet səhifəsində yerləşdirdiyi tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Kosmik fəaliyyət subyekti bu Qaydaya uyğun nəzarətin həyata keçirilməsinə şərait yaratmalıdır.
Nazirliyin kosmik fəaliyyət subyektindən illik əməliyyat planları əsasında qrafiklərin, əməliyyatların icra prosedurlarının, əməliyyatları icra edən şəxslərin vəzifə təlimatlarının, kosmik obyektin istehsalçısının kosmik obyekti idarəetmə təlimatının, kosmik obyektin idarə edilməsində istifadə olunan proqram təminatına kosmik fəaliyyət subyektinin lisenziya hüquqlarının və həmin proqram təminatının müəllifinin (onun səlahiyyət verdiyi digər şəxsin)
proqram təminatına baxım şərtlərinin və kosmik obyektin idarə edilməsi üçün texniki baxımdan tələb olunan sənədlərin surətini (elektron sənədin nüsxəsini) tələb etmək, nəzarət istiqaməti ilə bağlı digər dövlət orqanlarından (qurumlarından) məlumat əldə etmək, nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılmasını tələb etmək hüquqları var.
Qrafikdən kənar təxirəsalınmaz nəzarət tədbirləri əməliyyat planlarında ayrıca qeyd edilir. Qrafikdən kənar təxirəsalınmaz nəzarət tədbirləri kosmik uçuşun təhlükəsizliyinə xələl gətirən hallarda, o cümlədən kosmik obyektdə texniki anomaliya əlaməti, kosmik obyektin idarə edilməsi həyata keçirilən yerüstü kosmik infrastrukturda nasazlıq və ya digər sıradan çıxma, kosmik obyektin təhlükəli idarə edilməsi, kosmik obyektin idarə edilməsində və ya istismarında kosmik subyektin pozuntusu halında icra edilir.
Kosmik obyektin idarə edilməsinə nəzarətin illik əməliyyat planları Nazirlik tərəfindən həmin kosmik obyektin kosmik fəaliyyət subyekti ilə məşvərət aparılaraq tərtib edilir.
Kosmik obyektin idarə edilməsinə nəzarətin illik əməliyyat planları aid olduqları dövr ərzində və həmin dövrdən sonrakı 3 (üç) il müddətində xidməti istifadə üçün nəzərdə tutulmuş informasiya hesab edilir.
Nəzarətin nəticəsi Nazirlik tərəfindən kosmik obyektin kosmik subyektinin iştirakı ilə aktlaşdırılır, kosmik subyekt akta öz etirazını əlavə etmək hüququna malikdir. Kosmik fəaliyyət subyektinə münasibətdə nəzarət tədbirlərinin nəticələri aktla rəsmiləşdirilir.
Aktın nümunəsi Nazirlik tərəfindən müəyyən edilir. 3.4. Nəzarət tədbirlərinin nəticələri barədə akt, həmin tədbirlərin bitmə tarixindən gec olmayaraq, 1 (bir) iş günü müddətində iki nüsxədə tərtib edilməli və bir nüsxəsi tərtib edildiyi tarixdən 2 (iki) iş günü müddətində barəsində akt tərtib edilmiş kosmik fəaliyyət subyektinə təqdim olunmalı və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilməlidir.
Kosmik obyektin idarə edilməsinə nəzarət zamanı aşkar olunan kənarlaşmalar Nazirlik tərəfindən siyahıya alınır və kosmik obyektin kosmik subyektinə təqdim edilir.
Nazirlik nəzarət tədbirlərinin yekununda kosmik fəaliyyət subyektləri barəsində aşağıdakı tədbirləri görür:
- kosmik obyektin idarə edilməsi üzrə tövsiyələr verir;
- kosmik obyektin idarə edilməsi üzrə metodiki kömək göstərir və izahlar verir.
Nazirlik kosmik obyektin idarə edilməsinə nəzarət zamanı aşkar olunan kənarlaşmaların 1 (bir) ay müddətində aradan qaldırılması barədə göstəriş vermək və qərar qəbul etmək hüququna
malikdir. Belə göstəriş və qərarların icrası aidiyyəti kosmik fəaliyyət subyekti üçün məcburidir.
Kosmik fəaliyyət subyekti aşkar olunmuş kənarlaşmaları 1 (bir) ay müddətində aradan qaldırmalı və bu barədə Nazirliyə məlumat verməlidir. Kosmik fəaliyyət subyekti Nazirliyin bu Qaydaya uyğun olmayan hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və
məhkəməyə şikayət vermək, habelə nəzarət tədbirlərinin nəticələri üzrə Nazirliyin göstərişlərindən və qərarlarından inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna malikdir.