comScore şirkəti ABŞ-da axtarış serverlərinin reytinqini açıqladı. Avqust ayında Amerika istifadəçiləri internetdə 11,7 milyard axtarış keçiriblər. Bu göstərici iyul ayının göstəricilərindən demək olar ki, fərqlənmir.
Gün keçdikcə internetin sürəti daha da artır.Təbii ki, müasir standardlar bu sürətə cavab vermədiyindən bir şox şirkətlər sistemləri təkmilləşdirmək yolunda cəhdlər edirlər.Yeni normalar gəldiyi təqdirdə isə milyonlarla modem istifadədən çıxmalı olacaq.
Microsoft Pioneer şirkəti ilə lisenziyalı müqavilə imazalayıb. Müqavilənin şərtlərinə görə şirkətlər patentləşmiş texnologiyalarını bir-birlərinə həvalə edəcəklər. Bu ilk növbədə GPS naviqasiya sistemləri və televizorlara aiddir.
Ən yaxşı internet Yaponiyada, Avropada isə Niderland və İsveçdədir. Bu nəticələri internet sürətini və keyfiyyətini dünyanın bütün qitələrində yoxlayan Oksford və İspaniyada Ovyedo universitetlərində əldə ediblər. «Vedomosti» qəzetinin yazdığına görə, Speedtest.net tədqiqatı Cisco Systems Amerika telekommunikasiya təchizatı istehsalçısının sifarişi ilə həyata keçirilib.
Nielsen Online tədqiqat şrkətinin məlumatına görə, Google, Chrome brauzerini təqdim etdikdən bir həftə sonra iki mln. amerikalının marağına səbəb olub. Sentyabrın 1-dən 7-nə qədər olan tarixdə Thank You səhifəsinə 1,9 mln. ABŞ istifadəçisi baş çəkib.
BBC News-un xəbər verdiyinə görə, pulsuz Bədii onlayn arxivinə 14 məşhur XX əsr Amerika şairinin səsi əlavə olunub. Artıq istifadəçilər şeirlərə Qvendolin Bruks, Teodor Rotke, Ted Kuzer, Robert Pinski, Yosef Komyunkaa, Filip Levin kimi Amerika müəlliflərinin ifasında qulaq asa bilərlər.
Yahoo daha da inkişaf etmək və güclənmək məqsədilə keçən həftə Kaliforniyadakı Sannivalda 300-ə yaxın hakeri bir yerə yığıb.
ooVoo - xüsusi texnologiyalarla qurulmuş, İnternetdə istifadəçilərə videokonfrans yaratmaq imkanı verən proqram təminatıdır. Burada həm təkbətək, həm də bir neçə insanla söhbət etmək olar.
ABŞ-da böyük kompüter şəbəkələrinin satışı ilə məşğul olan supermarketlərin sahibi Best Buy mağazalar şəbəkəsi Napster musiqi xidmətini satın alma haqda müqavilə bağladı. Naster xidməti 1999-cu ildə fayl mübadiləsi şəbəkəsi kimi açılmışdı. Lakin səsyazma mərkəzləri tərəfindən təziqlərə görə bağlanmağa məcbur qalmışdı.
Mozilla, xüsusi rejim funksiyasını Firefox 3.1-in ilk beta versiyasında tətbiq etməyə hazırlaşır. Bu rejim daha əvvəl Google Chrome və İnternet Explorer 8-in ikinci beta versiyasında da həyata keçirilmişdi.
IDG News-un məlumatına görə, İBM (India Research Laboratory) yazıb oxuya bilməyən, eləcə də İnternetə çıxışı olamayan istifadəçilər üçün Spoken Web layihəsi çərçivəsində səsli şəbəkə yaratmaq fikrindədir. Spoken Web-in əsasında telefon şəbəkəsində veb analoqunu yaradan VoiceXML və HSTP texnologiayları durur.
Microsoft, Kanada şirkəti, BlackBerry kommunikatorlarının istehsalçısı Research In Motion (RIM) ilə əməkdaşlığı genişləndirdiyini bəyan etdi. Belə ki, istifadəçilər BlackBerry smartfonlarının brauzerlərindən Microsoft Live Search axtarış sisteminə daxil ola biləcəklər. Smartfon sahibləri həm internetdə, həm də olduğu məkanla bağlı yerli axtarış verə bilərlər.
Yahoo şirkəti Apple, Amazon kimi xidmətlərdə olan musiqilər və onların müəllifləri haqqında informasiya daşıyan Yahoo Music saytını açacağını elan etdi.
Youtube terror “reklam”ı olan videoları yığışdırır ABŞ-ın Konnektikut əyalətinin senatoru jozef Libermanın müraciətinə əsasən Google rəsmiləri Youtube saytında olan terror xarakterli videoların istifadəsinin dayandırılması barədə qərar qəbul edib.
Internet ixtiraçısı Tim Berners Li yaxın günlərdə verdiyi müsahibədə İnternet Explorer-də olan bir qüsuru təəsüflə qeyd etdi. Tim hansı brauzerə üstünlük verdiyi haqda açıqlama gətirməsə də, İnternet Explorer-in digər müasir sələflərindən geridə qaldığını söylədi.
Yeni Zellandiyalı Ceremi, İmon və Daren Doherti naqilsiz Svarovski mausu hazırlayıblar.Mausun dizaynı ilə yanaşı üzərindəki kristal da diqqəti cəlb edir.
Britaniyanın mobil rabitə opertaoru Vodafone Dell İnspiron Mini 9 noutbuklarını Avropa bazarında satışa çıxaracaq.Bu barədə operatorun rəsmi saytında məlumat verilir.
Hewlett-Packard şirkəti nyu-yorklu paltar dizayneri Viven Tamın da iştirakı ilə yaradılmış ilk dizayn noutbukunu təqdim etdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları