Previous Next
Bağla

“WorldSkills Azerbaijan” milli komandası Koreya Respublikasında keçirilən təlimləri uğurla bitirib

19-12-2023 22:10
“WorldSkills Azerbaijan” milli komandası Koreya Respublikasında keçirilən təlimləri uğurla bitirib

“K-Star Partnership Program for Skills Development” proqramı çərçivəsində “WorldSkills Azerbaijan” milli komandası İnsan Resurslarının İnkişafı Xidməti (HRDKorea) tərəfindən keçirilən təlimləri uğurla başa vurub.

Xeberler.az xəbər verir ki, Koreyada keçirilən təlimlərin məqsədi 3D rəqəmsal oyun sənəti, veb texnologiyaları, qaynaqçı və bərbər ixtisasları üzrə milli komanda üzvlərini qlobal standartlara əsasən “WorldSkills Lyon 2024” beynəlxalq yarışlarına hazırlamaqdır.

Təlim zamanı “WorldSkills Korea” yarışının çempionları “WorldSkills Azerbaijan” milli komandasının iştirakçıları ilə görüşərək beynəlxalq yarışda uğurlu olmağın sirrlərini bölüşüblər. Daha sonra, onlar birgə fərqli tapşırıqlar üzrə işləyərək təcrübə və bilik mübadiləsi aparıblar.

Qeyd edək ki, təlimin sonunda bağlanış mərasimi baş tutub və “WorldSkills Azerbaijan” milli komandasına uğurlu fəaliyyətinə dair “WorldSkills Korea” icraçı direktor tərəfindən sertifikatlar təltif olunub. Bağlanış mərasimi zamanı “WorldSkills Azerbaijan”ın sədri Zarina Təhməzova çıxış edərək İnsan Resurslarının İnkişafı Xidmətinə (HRDKorea) “WorldSkills Azerbaijan”ın inkişafına göstərdikləri dəstəyə görə təşəkkür edib.

“WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

07-05-2025

Kibertəhlükəsizlik üzrə Milli Yarışın qalibləri mükafatlandırılıb

14-02-2022

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

11-09-2024

Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

01-03-2024

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025

Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib  

20-07-2022

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025

Kibertəhlükəsizlik təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub

02-02-2026

Milli Açıq Açar İnfrastrukturunun yaradılması 2009-cu ildə başa çatacaq

03-12-2008

AzMİU komandası “Robotex Türkiye EurAsia – Azerbaijan 2025”in qalibi olub

20-05-2025

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

13-09-2024

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

27-03-2023

BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib

11-09-2024

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X”-də trend olub

11-08-2025

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

"Digital Azerbaijan Talent School” təlim düşərgəsinin oflayn dərslərinə start verilib

03-09-2024

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

"Holberton School Azerbaijan"ın yeni təlim proqramları başlayıb

25-11-2025

ABB-nin dəstəyi ilə uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü olub

02-05-2025

Beynəlxalq audit şirkəti təhsil layihəsinə rəy verib

02-12-2009

"IT HUB Azerbaijan" əmək və karyera sərgisi baş tutacaq

29-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə