Previous Next
Bağla

CityNet-in dəstəyi ilə MilliNet 2023 müsabiqəsi baş tutub

18-12-2023 15:59
CityNet-in dəstəyi ilə MilliNet 2023 müsabiqəsi baş tutub

CityNet şirkətinin baş sponsorluğu ilə Milli İnternet Mükafatı müsabiqəsi - MilliNet 2023 baş tutub. Azərbaycan İnternet Forumu tərəfindən ənənəvi olaraq keçirilən MilliNet müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Bu il müsabiqəyə 13 nominasiya üzrə 222 internet resurs təqdim edilib və onlardan 195-i qəbul edilib. Bu il ilk dəfə müsabiqə zamanı resurslar təkcə əvvəlki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, artıq layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla da qiymətləndirilib. Yekunda 13 nominasiya üzrə nominat statusu almış 71 resursdan ən yaxşıları seçilib.


“Öz fəaliyyətində müştəri yönümlülük prinsipini rəhbər tutan və innovasiyaları tətbiq edən CityNet Azərbaycanda İKT sektorunun inkişafında fəal rol oynayır. Biz MilliNet 2023 müsabiqəsini dəstəkləməkdən məmnunuq və ölkəmizdə rəqəmsal ekosistemin inkişafına töhfə verən layihələrin reallaşmasında maraqlıyıq. Şirkət olaraq hədəfimiz abunəçilərə fərdi və korporativ seqmentlərdə daima keyfiyyətli bağlantı və mükəmməl müştəri xidmətləri təqdim etməkdir. Bu istiqamətdə fəaliyyətimizdə ən son yenilikləri tətbiq etməkdə və ölkə üzrə əhatə dairəmizi genişləndirməkdə davam edəcəyik”, - deyə CityNet şirkətinin Baş icraçı direktoru Teymur Əsgərzadə bildirib.

MilliNet İKT sahəsi üzrə mütəxəssisləri bir araya toplayan, innovasiyaları təşviq edən, ən yaxşı milli internet resurslarının inkişafı və tanıdılmasına, ümumilikdə isə ölkəmizdə informasiya texnologiyalarının inkişafına töhfə verən müsabiqədir.

CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır

08-12-2025

Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

01-06-2024

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022

“CityNet" yeni internet saytını istifadəyə verdi

23-01-2023

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023

"CityNet" 1+1 kampaniyasına start verdi

31-07-2023

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023

“CityNet” yeni müştəri xidmət mərkəzlərini istifadəyə verdi

21-02-2023

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023

MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

16-12-2023

“CityNet" yeni sərfəli tarifini təqdim edir

02-03-2022

"MilliNet2025"-ə start verildi

24-09-2025

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

18-04-2024

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023

“CityNet”dən əlverişli Payız kampaniyası davam edir

06-10-2021

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

25-09-2025

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025

“CityNet"dən 20 faizədək endirim

20-05-2022

CityNet yeni nəsil TV platformasını təqdim edib

26-05-2025

“CityNet"dən Payız kampaniyası

15-09-2021

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə