Previous Next
Bağla

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023 22:15
AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) 250 illiyi münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) konfrans keçirilib.

 Xeberler.az  xəbər verir ki, konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, müxtəlif universitetlərin rektorları, AzTU-nun müəllim-tələbə heyəti iştirak ediblər.

 Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

 Sonra elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edib. Bildirib ki, 2023-cü il Azərbaycanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Nazir müavini qeyd edib ki, bu qələbənin təməlində də Ulu Öndərin ideyaları, onun siyasi xətti dayanır. Bu il eyni zamanda Türkiyə Cümhuriyyətinin də 100 illiyi qeyd olunur. Həmçinin Türkiyənin ən qocaman ali təhsil müəssisələrindən olan İTÜ-nün 250 illiyi də 2023-cü ilə təsadüf edib. Bu əlamətdar tarixlərin AzTU-da təntənəli şəkildə qeyd olunması qardaş ölkələr arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsini bir daha sübut edir.

 Tədbirdə 2023-cü ildə İTÜ, AzTU və BDU-nun birgə təşkil etdikləri Məzun Günü tədbirindən video nümayiş etdirilib.

 Daha sonra AzTU-nun rektoru professor Vilayət Vəliyev və İTÜ-nün rektoru professor İsmayıl Koyuncu çıxış edərək qeyd olunan əlamətdar tarixlərlə bağlı təbriklərini çatdırıblar.

 Tədbir İTÜ-nün “250-ci il Türk Musiqisi Xoru”nun ifası ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

05-12-2023

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

25-05-2022

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

24-12-2025

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020

İT üzrə bilik yarışının qalibləri açıqlanıb

24-04-2018

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə