Birinci dərəcəli lazım olan internet-dəst

11-07-2008

Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt – digg.com saytıdır.

Regionlarda universal telekommunikasiya xidmətləri tətbiq edilir

09-07-2008

Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur.


Windowsa nələr olur?

08-07-2008

Net Applications tərəfindən aparılan bir araşdırma Windows əməliyyat sistemini istifadə edən kompüter istifadəçilərinin sayında eniş olduğunu göstərdi. Araşdırma, internetə bağlı istifadəçilər arasında aparılıb. Araşdırmanın məqsədi, kompüter istifadəçilərinin hansı əməliyyat sistemini daha çox istifadə etdiklərini təyin etmək olub. Bu araşdırmaya görə Windows istifadəçilərinin sayı 90%-dən aşağı düşmək təhlükəsi yaşarkən , Applenin Mac OS X əməliyyat sistemindən istifadə edənlərin sayı 10%-i keçmək üzrədir.

«Xalq kompüteri» layihəsinin detalları açıqlandı

08-07-2008

Azərbaycanda əhaliyə fərdi kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan «Xalq kompüteri» layihəsinin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin şəbəkəsindən istifadə olunacaq. Nazirlikdən verilən məlmata görə, mövcud imkanların analizi göstərir ki, proqramın reallaşdırılması üçün daha çox uyğun gələn şəbəkə 1700-ə yaxın şöbəsi olan «Azərpoçt»un infrastrukturudur.


Google əməkdaşlarının özəl məlumatlarını itirib

07-07-2008

Goolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.

İsrail alimləri kompüter-nəğmə müəllimini yaradıblar

07-07-2008

Zdnet Blog yazır ki, Tel-aviv universitetinin tibb fakültəsində çalışan üç israil alimi, müğənnilərə vibrato texnikasını örgətmək üçün nəzərdə tutulan elektron qulaq icad ediblər.


Facebook alimentin qiymətini müəyyən edir...

06-07-2008

Facebook alimentin qiymətini müəyyən edir...

Millət Vəkillərinə notebook qadağan olunur..

06-07-2008

Millət Vəkillərinə notebook qadağan olunur..


Yarım milyon Almaniya sakininin pasport məlumatları internetdə yayılıb

05-07-2008

DW-WORLD.DE saytının yazdığı xəbərə görə 15 mart – 20 iyun tarixə dək yarım milyon Almaniya sakininin pasport məlumatları internetdə yayılıb. Vətəndaşların şəkilləri, dini əqidəsi və ünvanları haqda informasiyanın cəmləşdiyi verilənlər bazası səhlənkarlıq nəticəsində istənilən üçün əlçatılan olub. Bundan əlavə bazada vətəndaşların adları, ailə vəziyyəti və doğum tarixləri haqda məlumatlarda mövcud idi.

Firefox 3 Ginnessin rekordlar kitabına düşüb

04-07-2008

Mozilla Firefox 3 bruzeri, buraxılmasından sonra sutka ərzində proqramın yükləmə sayına görə dünya rekordunu müəyyən edib. 24 saat ərzində brauzer 8 002 530 dəfə yüklənilib. Bu göstərici Ginnessin rekordlar kitabında qeyd olunub. Ginnessin rekordlar kitabını təmsil edənlər, yükləmə miqdarını iki üsulla sayıblar. Birincisi, onlar Mozilla-nın statistikasına bələd olublar. İkincisi isə, yükləmələrin qeyd olunduğu serverlərdən götürülən məlumatları əsas tutublar.


Azərbaycanlı mütəxəssislər üçün Seulda İT sahəsində təhsil proqramı təklif olunub

04-07-2008

Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirliyi və Seul Milli Universiteti xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kursları təşkil edir. “Qlobal informasiya texnologiyaları siyasəti proqramı” mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura). Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr dərəcəsi) dövlət qulluqçusu olmalı və ya dövlət orqanında işləməli, tam sağlam və ingilis dilini bilməlidir. Namizədlərin seçimi müsabiqə əsasında keçiriləcək.

RİTN-nin nümayəndələri Almaniyada konfransda iştirak edir

02-07-2008

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir-Heydər İsmayılov və RİTN-nin Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov bu gün Almaniyanın Lixtenau şəhərində keçirilən “LS Summit 2008” telekommunikasiya konfransında iştirak edirlər. Qeyd olunan konfrans LS Telcom şirkəti tərəfindən təşkil olunmuş sayca 13-cü bu cür tədbirdir.


MrFix İnternetdə

30-06-2008

İnformasiya Texnologiyaları şirkəti tərəfindən yaradılmış MrFix Yapı Kimyasalları-nın yeni saytı işıq üzü görüb.

ABŞ-da Olimpiada zamanı çin xakerlərinin hücumlarına hazırlaşırlar

28-06-2008

USA Today nəşrinin yazdığına görə, ABŞ hökuməti Pekində keçiriləcək Olimpiada zamanı, çin xakerləri tərəfindən gözlənilən hücum barəsində xəbərdarlıq ediblər. İlk növbədə Olimpiya Oyunlarını ziyarət etməyə hazırlaşan amerika biznesmenləri və məmurları ehtiyyatlı olmalıdırlar. Avqust ayında ABŞ prezidenti Corc Buş və digər hakimiyyət nümayəndələri daxil olmaqla Çinə minlərlə amerikalının gəlməsi gözlənilir.


Kibercinayətkarlıqla mübarizə aparan şəxsi xakerlər qarət edib

28-06-2008

Kibercinayətkarlıqla mübarizə məqsədilə polis bölməsini yaradan, Kentuki ştatının baş prokuroru Cek Konvey özü xakerlərin qurbanına çevirilib. Bir müddət Konvey Itunes xidməti vasitəsilə bir neçə musiqi kompozisiyası əldə etmək istəyib və sifarişin emalı zamanı satıcı tərəfindən imtina olunub. Qısa araşdırmadan sonra prokuror, naməlum ziyankarlar tərəfindən ona məxsus kredir kart nömrəsinin oğurlanaraq, hesabda olan bir neçə min dolları kompüter avadanlıqlarının alınmasına, mobil danışıq və digər məsrəflərin ödənilməsinə xərcləndiyini aşkar edib. Qarətçilər həmçinin qeydiyyatda göstərilən poçt ünvanını da dəyişiblər.

Google təsisçisi kosmik turist olacaq

28-06-2008

The New York Times qəzetinin yazdığına görə, Google şirkətini təsis edənlərdən biri Sergey Brin, 2011-ci ildə russiyanın “Soyuz” kosmik gəmisində kommersiya əsasında keşirilən uçuşun iştirakçısı olacaq. Nəşrin verdiyi məlumata əsasən, Sergey Brin kosmik turistlərin BKS-ə (Beynəlxalq Kosmik Stansiyasının) uçuşunu təşkil edən Space Adventures şirkətinin yeni səhmdarı olub. Google təsisçisi şirkətə, uçuş haqqı kimi qəbul ediləcək beş milyon dollar yatırıb.


Internetdən Qibləni tap

03-05-2008

Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək.

Bakıda WiFi xidmətləri

03-05-2008

18 yanvar 2008-ci il tarixindən Bakı ərazisində simsiz WiFi standartlı Internet xidmətləri göstərilir.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə