Previous Next
Bağla

İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

04-12-2023 16:00
İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışmasına bu gün – 4 dekabr tarixində start verildi. Müsabiqə PAŞA Bankın sponsorluğu və ÖzünÖyrənin təşkilatçılığı ilə keçirilir. Müsabiqə dekabr ayının 10-da yekunlaşacaq.

 Müsabiqənin elə ilk saatlarında 200-dən çox şagird iştirak etmişdir. Onlar Bakı şəhəri, Bərdə, Cəlilabad və İsmayıllı rayonundan müsabiqəyə qoşulmuş məktəblərin şagirdləridirlər.

 Həmin məktəblərdən Binəqədi rayonu, N.Babayev adına 144 nömrəli tam orta məktəbin İnformatika müəllimi Lütviyyə Yolçuyeva məktəblilərin Bebras müsabiqəsinin təşkil olunmasına sevindiklərini bildirdi: "144 nömrəli tam orta məktəb olaraq biz rə Bebras müsabiqəsində iştirak edəcəyimiz üçün həyəcanlı və sevincliyik. Bebras şagirdlərin informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə də bilik və bacarıqlarənı inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Şagirdlər bu istiqamətdə özlərini inkişaf etdirmək üçün maksimum çalışırlar".

 S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyadan ilk iştirak edən sinif 5c sinfi oldu. Məktəbin koordinatoru Nübar Əsədova: "Şagirdlər üçün müsabiqə olduqca maraqlıdır. Çox böyük həvəs və maraqla tapşırıqlara kökləniblər" - deyə təəsüratlarını bölüşdü.

 Ümumiyyətlə 2023-cü ildə “Bebras” yarışmasında iştirak etmək üçün 270 məktəbdən koordinatorlar qeydiyyatdan keçmişlər. Bu siyahı Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə, Quba, Kəlbəcər, Ağdam, Göygöl, Lerik, Cəlilabad, Lənkəran, İsmayıllı və digər bölgələr də olmaqla 61 şəhər və rayonu əhatə edir. Həm məktəblərin, həm də şagirdlərin qeydiyyatı müsabiqə boyu davam edəcəkdir. Gündəlik statistika Bebras müsabiqəsinin Facebook səhifəsində hər günün sonunda paylaşılacaq. Müsabiqə dekabrın 10-na qədər davam edəcəkdir.

 Qeyd edək ki, bu il müxtəlif ali təhsil müəssisələrinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan 150-ə yaxın bakalavr tələbəsi də təcrübə toplamaq üçün bu müsabiqəyə cəlb olunublar. İnformatika olimpiadaları üzrə tanınmış ekspert, Etibar Seyidzadə: “İnformatika müəllimliyi üzrə təhsil alan tələbələrin bu müsabiqəyə cəlb olunması gələcəkdə şagirdlərin beynəlxalq yarışlarda uğur qazanması üçün müsbət addımdır. Belə ki, gələcəyin informatika müəllimləri indidən təcrübə toplayaraq gələcəkdə öz şagirdlərini informatika üzrə beynəlxalq müsabiqələrə hazırlama vərdişlərinə yiyələnəcəklər”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir

Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir

01-11-2023
Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025
“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması keçiriləcək

“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması keçiriləcək

25-11-2024
Noyabrda Azərbaycanda Bebras həftəsi keçiriləcək

Noyabrda Azərbaycanda Bebras həftəsi keçiriləcək

12-10-2015
Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016
Azərbaycanlılar informatika sahəsində beynəlxalq müsabiqəyə qatılıb

Azərbaycanlılar informatika sahəsində beynəlxalq müsabiqəyə qatılıb

16-12-2014
"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
50 məktəbdə informatika fənni ləğv edildi

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015
“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020
“Bebras” müsabiqəsinin final turu keçirilib

“Bebras” müsabiqəsinin final turu keçirilib

29-04-2026
İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019
Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017
“Bebras müsabiqəsinin təşkili üçün müəyyən fond ayrılsın”

“Bebras müsabiqəsinin təşkili üçün müəyyən fond ayrılsın”

28-10-2015
Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022
Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022
Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçim turu keçirilib

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçim turu keçirilib

23-10-2015
Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024
Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə