Onlayn sifariş edilən biletlərin sayı artıb

12-03-2013

Bu gün Bakıda “Lufthansa” şirkətinin yay cədvəlində Frankfurta həftəlik uçuşların sayının 5-dək artırılması ilə bağlı təqdimatı keçirilib. “Lufthansa” şirkətinin Rusiya və MDB ölkələrində regional direktoru Ronald Şuls “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, Azərbaycanda satılan biletlərin ümumi həcminin 25%-i onlayn rejimdə sifariş edilir.

Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçirildi

12-03-2013

Bu gün Bakıda «İKT ili» çərçivəsində İT şirkətlər üçün beynəlxalq praktik konfrans keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, konfransda MDB ölkələrini təmsil edən bir neçə İT ekspertlər iştirak ediblər.


Elektron xidmətlərlə bağlı treninq keçirilib

12-03-2013

Yardımlı rayonunda sahibkarlar üçün “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” və “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzularında treninq keçirilib.

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013

Nazirlər Kabineti tərəfindən Səhiyyə Nazirliyinə aid edilən 38 elektron xidmət növündən 25-i bu il hazırlanacaq və mərhələli şəkildə vətəndaşların ixtiyarına veriləcək.


“*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

12-03-2013

Azərbaycanda yaxın zamanda "*.az" domen zonasında onlayn qeydiyyat və nağdsız ödəniş sistemi istifadəyə veriləcək.

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın rəsmi facebook səhifəsi yaradılıb.


Regionlarda genişzolaqlı internetlə bağlı görüşlər keçirilir

11-03-2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi “2013-cü il –İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və proflaktik tədbirlərin görülməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin təşkil olunmasına başlayıb.

“Azərbaycanda “facebook” təhlükəsi var”

11-03-2013

“Bu gün Azərbaycanda “facebook təhlükəsi” var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər”.


Əlyazmalar İnstitutunda arxiv və mətbuat materiallarının rəqəmli surətləri hazırlanır

11-03-2013

AMEA Əlyazmalar İnstitutunda (Əİ) hazırda arxiv və mətbuat materiallarının rəqəmli surətləri hazırlanır. Ümumilikdə 3 arxiv, 330 saxlama vahidi, 3686 kadr dijital disklərə köçürülüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əİ-dən məlumat verilib.

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.02.2013 - 28.02.2013-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.


İnternet ucuzlaşıb

11-03-2013

2013-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,0 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşıb. “Qafqazinfo” xəbər verir ki, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 0,5 faiz ucuzlaşıb, tranzit üzrə 1,8 faiz, yerli əlaqə üzrə 11,7 faiz, ixrac üzrə isə 33,3 faiz bahalaşıb. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 5,8 faiz ucuzlaşıb. Ay ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,3 və 2,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 9,3 faiz ucuzlaşıb. Poçt və kuryer sahəsində sürətli poçt xidmətlərinin tarifləri 5,1 faiz bahalaşmış, rabitə sahəsində isə internet rabitəsi xidmətlərinin tarifləri 0,9 faiz ucuzlaşıb.

Alimlər məlumatları 1 Tbit/s sürətində ötürən antena yaradıblar

11-03-2013

Corciya Texnoloji İnstitutunun alimləri qrafendən məlumatların simsiz ötürülməsinin sürətini saniyədə bir terabitdən çox təmin edən (saniyədə bir neçə HD formatlı filmi ötürə bilən) simsiz antena icad ediblər.


Elektron imza sahiblərinin sayı iki dəfə artıb

11-03-2013

Martın 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 9194 ədəd təşkil edib ki, bu da 2013-cü ilin yanvar ayının yekunları üzrə göstəricilərlə müqayisədə 4952 ədəd çoxdur. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət"in bülletenində deyilir.

Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır

09-03-2013

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır.


Azərbaycan polisi cinayətkarları yeni texnologiya ilə tutacaq

07-03-2013

Azərbaycanın polis orqanları cinayətkarlıqla mübarizə sahəsində müasir texnologiyaların geniş tətbiqinə başlayıb.

Elektron Təhlükəsizlik Mərkəzinin direktoru kimdir?

07-03-2013

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru təyin olunub.


Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

07-03-2013

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində Ticarət, biznesin idarə edilməsi və fərdi xidmətlərin göstərilməsi üzrə Sahə komissiyasının növbəti iclası keçirilib.

Elektron ticarətin zəif inkişafının səbəbi nədir?

07-03-2013

Aparılan araşdırmalar göstərir ki, ötən il ərzində ölkə ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq edib.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə