Previous Next
Bağla

“Google Glass” emosiyaları təyin edəcək

12-03-2014 10:43
“Google Glass” emosiyaları təyin edəcək
ABŞ-ın “Emotient” şirkəti “Google Glass” eynəyi üçün “Sentiment Analysis” tətbiqini çıxarıb. “TechCrunch” nəşri yazır ki, proqram eynək sahibinin ətrafında olan insanların sifətindəki emosiyaları müəyyən edir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tətbiqin işi eynəyə quraşdırılmış kameraya əsaslanır. Proqram şəkilləri emal edərək insanların sifətini təyin edir, daha sonra üz əzələlərinin vəziyyətini təhlil edərək bu məlumatlar əsasında nəticə çıxarır.
 
Tətbiq ümumi əhval-ruhiyyəni, əsas və mürəkkəb emosiyaları müəyyən etmək qabiliyyətinə malikdir. Tərtibatçılar əsas emosiyalara, məsələn, sevinc və ya qorxu, mürəkkəbə isə məyusluq və özünü itirmə hisslərini aid edirlər.
 
“Sentiment Analysis” tətbiqi emosiyaların təyinindən başqa, cinsləri də ayırır. Gələcəkdə proqram insanların təxmini yaşını və etnik mənsubiyyətini təyin edə biləcək.
 
“Google Glass” smart eynəyi 2013-cü ildə çıxarılıb. Qurğu hələ ki açıq satışa çıxarılmayıb. Eynək hərəkət zamanı foto və video çəkməyə icazə verir, həmçinin informasiyanı ekranda göstərir. (ICTnews)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google Glass-ın satışı dayandırılır

23-01-2015

Google Glass dizaynını dəyişir

28-11-2015

Google Glass eynəyi yenidən satışda

20-07-2017

Google Glass yeni ortağıyla çalışacaq

03-05-2015

Tokioda informasiya eynəyi xarici turistlər üçün bələdçiləri əvəzləyəcək

22-10-2013

Bu eynək internetə bağlı

06-04-2012

“Google Glass”ın satışı dayandırılır

17-01-2015

Google Glass gözdən əlillərə şəhərdə səmti müəyyən etməyə kömək edəcək

29-06-2015

«Google» istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib

28-10-2010

Google “Google saytları” xidməti təqdim etdi

24-10-2008

Görmə qüsurlu insanlar üçün smart eynək yaradılıb

04-11-2013

Yeni Google Glass qatlanabilən qanadı ilə gəlir

30-12-2015

“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

07-03-2013

Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

29-09-2008

Google özünün proqramlaşdırma dilini təqdim edib

11-11-2009

Android cihazlara yeni emosiyalar gəlir

04-12-2015

Yaponlar mausu ultrasəslə əvəz etməyi təklif edirlər

04-09-2008

Dostlarınızı Facebook-dan Google+-a köçürün

04-07-2011

Ucuz smartfonlar üçün foto proqram optimallaşdırılıb

27-07-2019

Google yeni AR eynəyini təqdim edib (VİDEO)

12-05-2022

Depressiyanı müəyyən edən mobil proqram hazırlanıb

16-07-2019

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

19-01-2011

Yeni bir sistemin köməyilə reklamverənlər auditoriyanı öyrənə biləcəklər

30-10-2009

“Mozilla”ya baş direktor təyin edildi

15-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə