Previous Next
Bağla

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014 10:00
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.
Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılsın.
2. “Elektron məhkəmə” informasiya sistemi aşağıdakıları təmin etməlidir:
2.1. ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;
2.2. cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;
2.3. məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;
2.4. məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;
2.5. məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;
2.6. məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;
2.7. işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;
2.8. qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;
2.9. sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasını;
2.10. “Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;
2.11. məhkəmə statistikasının elektron qaydada aparılmasını;
2.12. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etsinlər, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər;
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Sərəncamın 2-ci hissəsində göstərilənlərə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etsin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2014-cü il. (president.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” -də xidmət növlərinin genişləndirilməsi və "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-02-2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-01-2019

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-02-2013

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirilib

21-08-2024

Elektron kabineti olmayan sahibkarlara onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

10-06-2025

Prezident İlham Əliyev sərəcam verdi

16-03-2012

“Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ictimai müzakirəsi” mövzusunda konfrans keçirilib

12-06-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə