Previous Next
Bağla

Bakcell, Alcatel-Lucent və Junior Achievement Azərbaycan gənclərə mobil telekommunikasiya sənayesinə dair ixtisaslaşmış təlimlər keçir

02-07-2011 13:00
Bakcell, Alcatel-Lucent və Junior Achievement Azərbaycan gənclərə mobil telekommunikasiya sənayesinə dair ixtisaslaşmış təlimlər keçir

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, Alcatel-Lucent Azərbaycan ve Junior Achievement Azərbaycan (JAA) təşkilatı ilə əməkdaşlıqda “Mobil Telekommunikasiya Biznesinə Giriş” (İMTB) proqramını davam etdirməkdədir. 2010-cu ilin sentyabr ayında başlayan proqram, texniki sahə üzrə təhsil alan 45 tələbəyə işə hazırlıq, biznes etika və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin Bakcell və Alcatel-Lucent şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edir. Proqram Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.

Proqramın mart və aprel aylarına təsadüf edən ilkin mərhələsində tələbələr işə hazırlıq və biznes etikası təlimlərində iştirak edib, sahəyə uyğun işə hazırlıq və korporativ etika haqqında öyrəndilər. Layihə JAA ilə Alcatel-Lucent-in Türkiyə Universitetinin may ayı ərzində birgə təşkil etdiyi və mobil telekommunikasiyada informasiya texnologiyalarının istifadəsinə dair təlimlə davam etmişdir.

İMTB proqramının cari mərhələsində tələbələr mobil telekommunikasiya biznesinin fəaliyyəti və perspektivləri haqqında öyrənirlər. Təlim proqramı Bakcell, Alcatel-Lucent və JAA təşkilatının birgə hazırladığı və mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovativ tədris vəsaiti əsasında təşkil olunub. Təqdim edilən vəsaitdə mobil rabitə şirkətində uğurlu karyera qurmaq üçün zəruri olan bilik və təcrübi imkanları təqdim edilir. Təlim zamanı tələbələr İMTB web portalının (www.imtb.mobi) imkanlarından da istifadə edirlər. 2010-cu ilin dekabrında istifadəyə verilən web portal işə hazırlıq, biznes etikası, mobil şəbəkələrin əməliyyatı və mobil telekommunikasiyada informasiya texnologiyaların istifadəsinə dair onlayn təlimlər təklif edir. İMTB proqramı 2011-ci ilin iyul və avqust aylarında Bakcell-də keçiriləcək “İşə hazırlıq” proqramı üçün tələbələrin seçimi ilə davam edəcəkdir.

Junior Achievement Azərbaycan təşkilatının İcraçı direktoru Rəşad Xanlarovun sözlərinə görə, “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramını dəstəkləməklə Bakcell, tələbələrə mobil telekommunikasiya biznesinin necə işlədiyini öyrənməyə və gələcək karyera seçimlərində daha məntiqli qərar verməklərinə kömək edir: “Bakcell-in gördüyü işlər nəinki sənayenin inkişafına, həmçinin, gənclərin düzgün karyera seçiminə də müsbət təsirini göstərir.”

Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer isə bildirib ki, Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı iştirakçı olaraq, sürətlə artan bu sektorun inkişafına kömək edən ixtisaslı mütəxəssislərin hazırlanmasında öz rolunu anlayır: “Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim layihələrinə böyük sərmayələr yatırırıq. Məqsədimiz – gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə yaxından tanış etməkdir.”

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Baş qərargahı Parisdə yerləşən Alcatel-Lucent şirkəti ümumdünya telekommunikasiya korporasiyasıdır. Şirkət dünya üzrə müxtəlif provayder, özəl və dövlət müəssisələrini telekommunikasiya xidmətlərilə təmin etməklə yanaşı, müştərilərə səs, məlumat və video xidmətlərinin çatdırılmasına imkan yaradır. Şirkətin xidmətlərinə sabit, mobil və bir-nöqtəli şəbəkə təminatı, İP texnologiya, proqram təminatı və oxşar xidmətlər aiddir. Alcatel-Lucent kommunikasiya sənayesində innovasiya və elmi-tədqiqat işlərilə məşğul olan və bu sahədə dünyanın ən iri şirkətlərindən biri olan Bell Labs laboratoriyasının texniki və elmi təcrübəsindən istifadə edir. Alcatel-Lucent dünyanın 130-dan artıq ölkəsində fəaliyyət göstərir.

Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Junior Achievement missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 100 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir. Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil telekommunikasiya biznesinə aid yeni internet portalı təqdim olunub

21-12-2010

«Bakcell» şirkəti «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsinə başlayıb

03-10-2010

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010

Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12-11-2010

Azərbaycan məktəbliləri HP-nin təşkil etdiyi beynəlxalq biznes yarışının finalında

10-07-2009

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

AK Nokia və Alcatel-Lucent şirkətlərinin birləşməsini təsdiq edib

25-07-2015

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

“Alcatel-Lucent” şirkətinin rəhbəri istefa verib

02-09-2015

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011

Bakcell istifadəçilərinə xoş xəbər

16-10-2010

Opera Software şirkətinə yeni icraçı direktor təyin olunub

06-01-2010

Azərbaycanda mobil Wi-Max xidmətinin tətbiqi başlanır

07-01-2009

Nokia Alcatel-Lucent şirkətini satın alır

15-09-2015

Nokia və Alcatel-Lucent şirkətlərinin birləşməsinə icazə verilib

20-10-2015

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

Bakcell abunəçilərinə iki növ 3G tarifi təklif edir

25-11-2011

“Bakcell”ə yeni baş icraçı direktor təyin olundu

29-04-2011

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

Bakıda gənc sahibkarlar və menecerlər üçün İT-treninqlər keçirilib

22-12-2008

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə