Previous Next
Bağla

Azərbaycanda sosial internet ideyaları müsabiqəsi

23-06-2011 12:12
Azərbaycanda sosial internet ideyaları müsabiqəsi

Gələn ay Azərbaycanda “Sosial Yeniliklər Düşərgəsi” (SYD) adlı sosial internet ideyaları müsabiqəsi təşkil ediləcək. SYD-dan verilən məlumata görə, bu müsabiqənin məqsədi əhalinin sosial problemlərini həll edəcək və ya əhalinin sosial tələbatlarına cavab verəcək ən yaxşı internet əsaslı layihələri müəyyən etməkdir.

Sözügedən müsabiqə mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı tərəfindən həyata keçirilir. Təşkilatçıların məqsədi bu tipli internet ideyaları arasından ən yaxşılarını seçmək, eləcə də, qalib gəlmiş layihənin reallaşdırılması üçün konsaltinq xidmətini təşkil etməkdir.

SYD-yə yaş, cins və digər məhdudiyyətlər olmadan ideya sahibi və ya ideyaların reallaşmasında iştirak edən şəxs kimi qoşulmaq olar.

Düşərgə zamanı təşkilatçılar bu iki qrupdan olan şəxsləri (ideya müəlliflərini və bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanları) bir araya gətirərək onların göndərilmiş ideyalara müvafiq olaraq komandalarda işləməsini təmin edəcəklər. İki gün ərzində komandalar ideyalarını layihə şəklinə salacaqlar.

Sonda münsiflər tərəfindən ən çox dəstəklənən iki komanda layihələrini reallaşdırmaq üçün pul mükafatı alacaq. Müsabiqədə layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və münsiflər heyətinin böyük hissəsi SYD üzrə əcnəbi mütəxəssislər olacaq.

Hazırda düşərgəyə ideya qəbulu və iştirakçı müraciətləri açıqdır və qeydiyyat üçün son tarix 2 iyuldur.

İdeya sahibi və ya iştirakçı kimi müraciət etmək, ideyalara verilən tələblərlə tanış olmaq, eləcə də tədbir haqqında daha ətraflı məlumat almaq üçün Sosial Yeniliklər Düşərgəsinin saytına daxil ola bilərsiniz: www.syd-az.net

Xatırladaq ki, Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz “Transitions” təşkilatı tərəfindən keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Sosial internet ideyaları müsabiqəsi keçiriləcək

31-08-2010

“Sosial Yeniliklər Düşərgəsi”nə dəvətlisiz!

03-05-2011

Sosial Yeniliklər Düşərgəsindən xəbər var

16-05-2011

Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi keçirildi

27-07-2011

Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirildi

20-09-2010

“Google”nin 10 yaşı tamam olur

25-09-2008

“Bu günə qədər düşərgələrdə ancaq öyrənirdik, bu düşərgədə isə öyrəndiklərimizi tətbiq etdik”.

21-09-2010

“Elektron Təhsil” Respublika müsabiqəsi başlayır

19-03-2012

“Azercell Telekom” MMC sosial yönümlü “Barama” lahiyəsinə start verdi

11-09-2009

Azərbaycanda tələbələr üçün “Start Up” layihəsinə start verilir

27-05-2010

Milli Net Müsabiqəsində qeydiyyatın başa çatmasına üç gün qalıb

20-11-2013

Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsi keçirilir

13-01-2009

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

“Bloqosfer 2011” üçün regional tərəfdaş təşkilatı seçimi müsabiqəsi davam edir

05-05-2011

ASAN Wi-Fi ilə bağlı ideya düşün, 1000 AZN qazan

06-12-2016

Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə keçirilir

13-03-2009

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir

12-10-2010

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013

“Gənc kompüter istedadları” ümumrespublika müsabiqəsi keçiriləcək

06-04-2009

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

Google-nin Apple-dan “ideya oğurluğu” məsələsi yenidən gündəmdə

16-07-2009

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşmaq üzrədir

11-02-2009

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə