Azərbaycan Media Mərkəzi bir qrup yerli jurnalistin cari ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı durumu işıqlandırmaq üçün Stohkolma səfərini təşkil edir. Bu səfərdə iştirak edəcək jurnalistlər müsabiqə yolu ilə seçiləcəklər.
Bu gün Kişinyovda (Moldova) Regional Rabitə Birliyinin (RRB) poçt rabitəsi üzrə Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası, həmçinin poçt xidmətlərinin inkişafı və maliyyə xidmətləri üzrə seminarlar işə başlayıb.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yunanıstan, İtaliya və Rusiya (“İntersputnik”) ilə peyk şəbəkələrinin əlaqələndirilməsi məqsədilə danışıqlar aparır. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu ilin sonunadək bu üç ölkə ilə müvafiq müqavilələrin imzalanması gözlənilir
Ümumilikdə 280 min manat məbləğində vəsait Azərbaycan Respublikasında fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə veriləcək
İclasda ölkəmizi Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev təmsil edir.
Xeberler.az-ın BDU-nun www.bdu.edu.az rəsmi saytına əsasən verdiyi məlumata görə, sənəddə hər iki tərəf arasında elmi simpozium, seminar və konfransların təşkili, beynəlxalq proqram və layihələrdə birgə iştirak, təhsil proqramlarının həyata keçirilməsi məsələlərinin təşkili nəzərdə tutulur.
Bu il sentyabrın 27-29-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı tərəfindən ICT 2010 - informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ən iri beynəlxalq konfrans təşkil olunacaq.
“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) birgə həyata keçirdikləri “İctimai Elmlər Yay Məktəbi” adlı layihə davam etməkdədir.
“Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi Şəhid ailələri, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə peşə kurslarının təşkili” layihəsini həyata keçirir.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə 6-8 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində "Kibernetika və informatika problemləri" (PCI'2010) mövzusunda III Beynəlxalq konfrans öz işinə başlayacaq.
Parklar, küçə və prospektlər, yeraltı keçidlər, stadionlar, ticarət və əyləncə mərkəzləri, mehmanxanalar, məscidlər və sair... Diqqət! Sizi çəkirlər!
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Ölkə başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il tarixli Sərəncamları bu istiqamətdə işlərin sürətləndirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə güclü təkan verib.
Sabah Media Mərkəzində “Sosium”-sosial bloq müsabiqəsinin qaliblərini elan etmək və mükafatlandırmaq məqsədilə tədbir keçiriləcək. Tədbirdə YazYay Məktəbi layihəsinin məzunları, media nümayəndələri, Avropa Tələbələr Forumunun prezidenti və müsabiqə münsiflərinin iştirakı gözlənilir.
Bugün Bakıda yerli jurnalistlər və jurnalist təşkilatlatının əməkdaşları üçün “Yeni Media erasının dəyərləri” mövzusunda konfrans və seminar keçirilib. Seminar media qanunvericiliyi və söz azadlığı ətrafında panel-debat və müzakirələrlə başlayıb.
Tədbir çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalanıb. Layihənin yeni mərhələsi «Microsoft Azərbaycan», Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, «Hewlett Packard», «Ultra» və «Bestcomp» şirkətləri reallaşdıracaq.
Sabah Bakıda, Hyatt Regency mehmanxanasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Microsoft şirkəti tərəfindən növbəti İnnovasiyalar Günü təşkil olunacaq.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarına (QHT) dəstək göstərilməsi və QHT-lərin “Bakutel-2010” sərgi və konfransına cəlb edilməsi məqsədilə “Qlobal iqlim dəyişikliklərində İKT-nin rolu ” adlı Kiçik Qrantlar Müsabiqəsini elan edir.
Vergi inzibatçılığı üçün işlənib hazırlanmaqda olan proqram təminatının tərkibinə vergi ödəyicilərinin qeydiyyatı, gəlirlərin uçotu, bəyannamələrin işlənməsi, audit, borcların məcburi tutulması, apelyasiya, üçüncü tərəfin məlumatları modulları və güclü korporativ sayt daxil olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları