Oktyabrın 27-də Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində Treninqlərin növbəti mərhələsi başlanıb.
Gartner şirkətinin tədqiqatçıları 10 strateji texnologiya siyahısında birinci pilləyəvirtuallaşdırma texnologiyasını layiq biliblər. Qeyd etmək lazımdır ki, burada nəinki server, həmçinin saxlanılma sistemlərinin və müştəri qurğularının virtuallaşdırılması texnologiyası da nəzərdə tutulur.
Avropa İttifaqı kiber təhlükəsizliyin təmin olunmasına 55 milyon avro ayıracaq Qlobal şəbəkədə təhlükəsizlik texnologiyasına Avropa İttifaqı tərəfindən 55 milyon avro məbləğində vəsait ayrılacaq. Həmin vəsait hesabına, şəbəkədə istifadəçilər, xüsusən də uşaqlar üçün təhlükəli materiallar yerləşdirən şəxslərin aşkar olunmasına dair effektiv texnologiya yaradılacaq.
Windows 7, 2009-cu ilin 3 iyul tarixində meydana gələcək! Microsoft firmasının rəhbəri Bill Gates: "Windows 7 gələn ilin ortalarında ərsəyə gələcək". Bu o demekdir ki, Windows Vista tez bir zamanda yeni əməliyyat sistemi ilə əvəzlənəcək.
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
Hewlett-Packard yeni geniş funksionallığa malik, cazibədar HP w2558hc displeyi yaradıb. Model 1920x1200 pikselli imkana malik TN+Film standartının 25.5” matrisası üzərində qurulub.
Qeyd edək ki, Windows Vista-nın birinci versiyası üçün yenilənmələr arıq yarım il bundan əvvəl çıxmışdı. Indi isə Microsoft ikinci paketin hazırlanması ilə məşğuldur. Şirkətin Windows məhsulları üzrə vitse-prezidenti Mayk Neş rəsmi bloqunda gözlənilən yeniliklər barədə xəbər verib.
“Biz yaxın gələcəkdə mobil platforma üçün inteqral adapterlər bazarının 30 faizini tutmağı planlaşdırırıq”- NVIDIA-nın texniki marketinq üzrə direktoru Nik Stem bəyan etdi.
Yahoo! internet şirkəti ABŞ-ın Nebraska ştatında yerləşdiriləcək yeni məlumat mərkəzinin təşkil olunmasına 100 milyon ABŞ dolları məbləğinin ayrılması barədə elan edib. 4 il ərzində tikiləcək məlumat mərkəzində 100-dən çox yeni əməkdaşın işləyəcəyi nəzərdə tutulub.
Dell şirkəti Inspiron Mini ailəsindən ikinci noutbukunu təqdim edib. Xatırladaq ki, Dell Inspiron Mini ailəsinin birinci portativ kompüteri 9 düym ekranlı Mini 9 netbuku olmuşdur.
The Times of London saytı xəbər verir ki, Şimali Koreyada ölkədəki ərzaq böhranı haqda məlumatların əhali arasında yayılmasının qarşısını almaq üçün sakinlərə mobil telefonlardan istifadə qadağan edilib.
Azərbaycan tikinti sənayesinə dair Build.az internet-portalının təqdimat mərasimi keçirilib. Təsisçilərinin sözlərinə görə, layihənin əsas ideyası Azərbaycanın tikinti sektoru ilə maraqlanan bütün şəxslərə bu barədə müvafiq məlumatların təqdim olunması ilə bağlıdır.
ZDNet UK xəbər verir ki, Britaniyada yarımkeçirici texnologiyalar şirkəti - ARM şəbəkəyə çıxış məqsədilə nəzərdə tutulmuş kiçik kompüterlər üçün prosessorlar hazırlayır.
Internetdə səsli məlumatlarla təşkil olunan ilk səsli sosial şəbəkə - İnternet Shout yaradılıb. Onun yaradıcısı Kris Ricen, Koventri Britaniya Universitetinin 22 yaşlı tələbəsidir.
Google şirkəti yeni “Google saytları” xidməti təqdim edib. Xidmətin məqsədi istifadəçilərin informasiyalarla bölüşdüyü yeganə internet məkanını təşkil etməkdir. “Google saytları” köməyi ilə intranet şəbəkəsinə xidmət edən veb-səhifələr yaratmaq olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları